Bakının xarici siyasəti Azərbaycan, Rusiya və Türkiyə beyin mərkəzlərinin əməkdaşlıq perspektivlərini genişləndirir

15:56 26-08-2019 | icon 34 | Cəmiyyət
Bakının xarici siyasəti Azərbaycan, Rusiya və Türkiyə beyin mərkəzlərinin əməkdaşlıq perspektivlərini genişləndirir

Zamanında Bakı tərəfindən təşşəbüs edilən Azərbaycan, Türkiyə və Rusiyanın üçtərəfli əməkdaşlıq üzrə xarici siyasət formatı beyin mərkəzləri formatında da davam etdirilir.

Versus.Az xəbər verir ki, bunu “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov bu yaxınlarda keçirilən Azərbaycan, Türkiyə və Rusiya Enerji və Nəqliyyat Əməkdaşlıq Forumunu şərh edərkən deyib.

 

E.Ələsgərovun sözlərinə görə, Azərbaycan, Türkiyə və Rusiya əməkdaşlıq formatı Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında vəziyyətə müsbət təsir göstərir:

 

“Xüsusilə, son 20 il ərzində Azərbaycan, Türkiyə və Rusiya arasında əməkdaşlıq regionda enerji və nəqliyyat sahələrində əməkdaşlıq səviyyəsinin artmasına imkan verib. Bununla yanaşı, Azərbaycan tərəfindən nəqliyyat-enerji layihələrinin təhlükəsizliyinin təmin edilməsi, Rusiya və Türkiyənin mövcud münaqişələrin tənzimlənməsi və regionda sülh, etimad mühitinin yaradılması istiqamətində birgə səylərinin aktivləşdirilməsi bu əməkdaşlığın vacib elementidir. Müvafiq olaraq bu format dövlətlər arasında əməkdaşlıq yolunda dayanan çağırışların aradan qaldırılması üçün də vacib əhəmiyyət kəsb edir”.

Üç ölkə tərəfindən reallaşdırılan layihələrin Qərb və Şərq, həmçinin Şimal və Cənub arasında iqtisadi əməkdaşlığa töhfələri haqqında danışarkən ekspert qeyd edib ki, Azərbaycan bu iki istiqamətdə iqtisadi əməkdaşlığın inkişaf qovşağına çevrilib:

“Forumda Türkiyənin Rusiya və Azərbaycanla birgə reallaşdırdığı layihələrin Qərb və Şərq ölkələrinin iqtisadi yaxınlaşmasına mühüm töhfələr verməsi haqqında danışan Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Zəfər Atəş bildirdi ki, Ankara iqtisadi dəhlizlərin yaradılmasına yönəlik birgə layihələri yüksək qiymətləndirir. Türkiyəli diplomat vurğuladı ki, enerji və nəqliyyat sahəsindəki təşəbbüslərə beynəlxalq əməkdaşlıq prizmasından yanaşmaq lazımdır, çünki regionun bütün ölkələri bu dəhlizlərin yaranmasından siyasi və iqtisadi faydalarını görürlər. RUSEN-in direktoru Saleh Yılmaz öz növbəsində bildirdi ki, Azərbaycan, Türkiyə və Rusiyanın Xəzəryani ölkələrin regional və qlobal siyasətdə iştirak səviyyəsini artırmaq istiqamətində birgə addımları mühüm əhəmiyyət kəsb edir. Müasir Türkiyə Araşdırmaları Mərkəzinin direktoru Amur Hacıyevin “Azərbaycan, Türkiyə və Rusiya: regional əməkdaşlığın perspektivləri ” mövzusunda çıxışı maraqlı oldu. Öz növbəsində rusiyalı türkoloq Faridun Usmanov öz hesabatında üç ölkənin rəqabətdən əməkdaşlığa keçidi mövzusuna toxundu”.

"Baku Network"un direktoru bildirib ki, bu cür tədbirlərin Azərbaycanda və Rusiyada da keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Rusiya Enerji və Nəqliyyat Əməkdaşlıq Forumu avqustun 21-də Ankarada Yıldırım Bəyazid adına Universitetdə baş tutub. Forum Prezident Qrantları Fondunun dəstəyi ilə keçirilib. Forumun təşkilatçıları isə Moskvada yerləşən Müasir Türkiyə Araşdırmaları Mərkəzi, Türkiyədə yerləşən Rusiya Araşdırmaları İnstitutu və "Baku Network" Ekspert Şurası olub.

Tədbir Rusiya və Türkiyənin beyin mərkəzlərinin təşəbbüsü və "Baku Network" Ekspert Şurasının fəal iştirakı ilə baş tutub. Forumun işində üç ölkənin ekspertləri iştirak edib və regional əməkdaşlığın dərinləşdirilməsi, enerji və nəqliyyat sahələrində problemlərin həlli istiqamətində müzakirələr aparılıb.

Azərbaycan tərəfini forumda “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev, Xəzər Ekspert Klubunun rəhbəri Gülnarə Məmmədzadə və Ankara IRAM Araşdırmalar Mərkəzinin direktoru Kənan Aslanlı təmsil edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”