Mehriban Əliyevanın təhsil sahəsindəki uğurlarından danışdılar

11:09 27-08-2019 | icon 40 | Cəmiyyət
Mehriban Əliyevanın təhsil sahəsindəki uğurlarından danışdılar

Dünən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ad günü idi. Birinci xanımın ünvanına gözəl təbriklər və gözəl fikirlər, münasibətlər sərgiləndi...  Versus.Az onlardan birini AZedu.az-a istinadla təqdim edir.

...Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Birinci Xanımın genişmiqyaslı proqram və layihələrinin əsasında təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədi dayanır.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Mehriban Əliyevanın təhsil sahəsindəki fəaliyyətləri haqqında fikirlərini bildirib. O qeyd edib ki, müasir dövrdə elmi-intellektual potensial hər bir xalqın mütərəqqi inkişafının mühüm amilinə çevrilib:

“Qloballaşan dünyada dövlətin öncüllüyü, milli inkişaf səviyyəsi və gələcək taleyi bu strateji sahənin mövcud durumu ilə şərtlənir. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından, özünün yüksək inkişaf mərhələsinə çatan ölkələrin nailiyyətləri məhz elmə, təhsilə yüksək diqqət və qayğı sayəsində əldə edilib.

Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan dövlət başçısı cənab İlham Əliyev,həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyeva elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayaraq,Ulu Öndər Heydər Əliyevin bu sahədə müəyyənləşdirdiyi yolun layiqli davamçıları olublar.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olub. Azərbaycanın Birinci Xanımının təşəbbüsçüsü olduğu genişmiqyaslı proqram və layihələrin əsasında təhsil sistemini təkmilləşdirmək və onun qabaqcıl dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədi dayanır. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd Azərbaycanda bu sahəni qloballaşan dünyanın tələbləri səviyyəsində qurmaq, milli təhsil modelinin gerçəkləşdirilməsi üçün maddi-texniki və intellektual zəmin formalaşdırmaqdır. Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq qeyri-mümkündür. Bunu nəzərə alan Heydər Əliyev Fondu, ilk növbədə, yeni məktəblərin inşası istiqamətində sistemli və ardıcıl iş aparır. Fondun həyata keçirdiyi layihələr çərçivəsində yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşan məktəblər tikilib, təmir olunub, yüksək standartlarla təchiz edilib. Belə müasir məktəblər gələcəyimzə üfüqlər açır, şagirdlər üçün yeni imkanlar yaradır”.

“Multikultural ölkə olan Vətənimiz Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələri üçün də proqramlar həyata keçirilir”.

“Fondun milli maarifçilik xəttinin həyata keçirilməsi sahəsində gördüyü işlər konkret çərçivə ilə məhdudlaşmır – məktəb tikintisindən tutmuş, UNESCO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək – geniş spektri əhatə edir.

Multikultural ölkə olan Vətənimiz Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələri üçün də proqramlar həyata keçirilir. “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində, həmçinin Bakıda yaşayan yəhudi uşaqları üçün Xabad-Or-Avner Təhsil Mərkəzi inşa olunub.

Fondun “Təhsilə dəstək” layihəsi təkcə Azərbaycanda deyil, eləcə də bir sıra xarici ölkələrdə də həyata keçirilir,hətta əcnəbi dövlətlərdə belə elmə, təhsilə diqqət göstərilir. Belə ki, Fondun təşəbbüsü ilə yəhudi təhsil mərkəzi, fransız məktəbi yaradılıb. Pakistanın Müzəffərabad şəhərində Fond tərəfindən qızlar üçün yeni məktəb inşa olunub. Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilib və ya təmir edilib”,- deyərək rektor əlavə edib.

Ceyhun Məmmədov Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti barədə fikirlərini bölüşüb. Birinci vitse-prezidenti səmimi qəlbdən təbrik edən rektor Mehriban xanıma uğurlar arzulayıb:

“Heydər Əliyev Fondu öz növbəsində, bütün bu sahələrdəki layihələrin həyata keçirilməsinə, xüsusilə də dünya standartlarına cavab verən və ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunan məktəblərin tikintisinə, Azərbaycançılıq məfkurəsinin bərqərar olunmasına, milli-mənəvi dəyərlərin qorunmasına, böyüməkdə olan gənc nəslin sağlam, hərtərəfli biliyə malik, layiqli vətəndaş, gələcəyin mütəxəssisi kimi yetişməsinə yardım edir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanı 55 yaşının tamam olması münasibətilə Azərbaycan İlahiyyat İnstitutunun kollektivi adından səmimi-qəlbdən təbrik edir, ona vətənimizin tərəqqisi naminə fəaliyyətində  yeni-yeni, böyük uğurlar arzulayırıq”.

Milli Məclisin deputatı Tahir Mirkişili də Birinci vitse-prezidentin təhsil sahəsində həyata keçirdiyi tədbirlər haqqında fikirlərini bölüşüb.

Deputat hesab edir ki, hər bir dövlətin sərvəti onun insanlarıdır, xalqdır:

“Bunu daim vurğulayan Mehriban xanım Əliyeva Azərbaycanın gələcəyinin bu gün təhsil alan uşaqlardan, gənclərdən asılı olduğunu bildirərək bu istiqamətdə çoxsaylı təşəbbüslər göstərib və  müxtəlif layihələr həyata keçirib.

2005-ci ildən başyalaraq həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 3 mindən artıq məktəb inşa edilib və yenilənib. Bu layihə təhsilin ilkin pilləsi üçün əvəzedilməz maddi resurs bazası yaradıb. Belə müasir məktəblər yeni üfüqlər açaraq şagirdlər üçün yeni imkanlar yaradıb.

Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk edən qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə hər il çanta və məktəb ləvazimatları hədiyyə edilməsi birincilərə mühüm töhfədir”.

Deputat qeyd edir ki, təhsil sahəsində qabaqcıl nailliyyətlər əldə edən ölkələrin məktəblərinin Azərbaycanda açılması, təhsil və bilik mübadiləsi Mehriban xanımın daim diqqət mərkəzində olan məsələlərdəndir:

“Məhz görülən işlərin nəticəsində beynəlxalq olimpiadalarda qalib gələn məktəblilərimizin sayı hər il artır, Azərbaycan universitetlərinin beynəlxalq reytinq cədvəllərində mövqeyi hər il yaxşılaşır.

Dünyada hazırda 4-cü sənaye inqilabı baş verir. Yeni dövlət konsepsiyaları məhz insan kapitalı üzərində qurulur. Belə bir şəraitdə ölkəmizin gələcəyə hazırlanması və bu hazırlığın məhz insan amili üzərində qurulması həyati dərəcədə vacibdir. Bu mərhələnin ölkəmiz üçün uğurla başa çatmasında Mehriban xanım Əliyevanın rolu və fəaliyyəti müstəsnadır”.

Təhsil eksperti Etibar Əliyev də Mehriban Əliyevanın təhsil sahəsinə verdiyi tövfələr haqda təəssüratlarını bölüşüb. Bildirib ki, Mehriban Əliyevanın həyata keçirdiyi genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycan Respublikasının təhsil sistemində davamlı inkişaf əldə olunub:

“Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində ölkəmizdə bir çox məktəb və təhsil kompleksləri yaradılıb. Bu infrastruktur obyektləri yalnız şəhərlərdə deyil, rayonlarda da istifadəyə verilib.Qaçqın və məcburi köçkünlərin rahat şəkildə təhsil həyatlarını davam etdirməsi üçün məktəblər tikilib və yenidən təmir edilərək yararlı vəziyyətə gətirilib.

Bu tədbirlər nəticəsində bir daha Mehriban xanım Azərbaycan xalqının və təhsilinin yanında olduğunu sübut edib”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”