İsrail İranı bütün cəbhə boyu vurur

12:21 27-08-2019 | icon 31 | Dünya
İsrail İranı bütün cəbhə boyu vurur

Son bir neçə gün ərzində İsrail Suriya, Livan və İraqa hava zərbələri endirib. Bütün hücumların məqsədi eynidir-İranın Yaxın Şərqdəki fəallığına son qoymaq. Ərəb ölkələrində isə İsrailin hərəkətlərini müharibə elan edilməsi kimi dəyərləndirirlər. İran hakimiyyəti və onun müttəfiqləri-“Hizbullah” və “Haşdi Şabi” qruplaşmaları isə İsrailin hərəkətlərinin cavabsız qalmayacağını, cavab zərbələri endirəcəklərini bəyan edir.

 

Versus.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu sətirlər “Kommersant” qəzetinin məqaləsindən götürülüb. Xatırladaq ki, İraq ərazisində İrana bağlı “Haşdi Şabi” qruplaşmasının bazalarına dalbadal zərbələr endirilib, habelə İsrail müntəzəm olaraq Suriya ərazisində İrana bağlı qruplaşmaların bazalarını vurur. Bu hücumlar nəticəsində hər dəfə İranın İnqilab Keşikçiləri Korpusu da itkilər verir. Nəhayət İsrail aviasiyası avqustun 26-da Livanın Suriya ilə həmsərhəd ərazilərinə zərbə endirib. Hədəf yenə İrana bağlı qruplaşma olub.

 

“Bu baş verənlər müharibə elan edilməsini xatırladır və bizə öz suverenliyimizi, müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumaq haqqı verir”,-Livan prezidenti Mişel Aun son iki gündə baş verən hadisələri belə şərh edib.

Ərəb KİV-lərinin xəbərlərinə görə son iki gündə İsrail təyyarələri Livanın hava sərhədlərini bir neçə dəfə pozub. Gecə saat 01.00 radələrində İsrail pilotsuz təyyarələri Bekaa vadisində “Fələstinin azadlığı uğrunda Xalq Cəbhəsi-Baş komandanlıq” adlı qruplaşmanın bazasına üç zərbə endirib.

Gündüz saatlarında isə İsrail aviasiyası “Hizbullah”n bazasının yerləşdiyi Baalbek bölgəsi üzərində kəşfiyyat uçuşları həyata keçirib. Ötən bazar günü isə partlayıcı daşıyan iki kvadrakopter Beyrutun cənubuna, “Hizbullah”ın nəzarətində olan əraziyə düşüb. Hərçənd həmin kvadrakopterlərin İsrailə aid olduğu şübhə doğurur. İsrail onların İrana məxsus ola biləcəyini açıqlayıb.

Suriya ərazisinə zərbələr barədə isə İsrail daha ətraflı bəhs edir. Ötən həftə sonu İsrail aviasiyası İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” briqadasının Suriyadakı obyektlərini vurub. Bu hücum preventiv xarakter daşıyıb, İsrail komandanlığı bildirib ki, zərbələr İran qüvvələrinin İsrailə tərəf kamikadeze-dronlar buraxmağa hazırlaşması ilə bağlı endirilib. “İranın heç yerdə immuniteti yoxdur, bizim qüvvələrimiz İran təcavüzünə qarşı hər sektorda fəaliyyət göstərir”,-baş nazir Benyamin Netanyahu bildirib.

“Hizbullah” lideri Həsən Nəsrallah isə Suriya ərazisndə vurulan obyektlərin İrana deyil, onun hərəkatına aid olduğunu, İsrailə cavab zərbələri endiriləcəyini bildirib.

Habelə ötən bazar günü İraqın Suriya ilə həmsərhəd Əl-Qaim şəhərində şiə qruplaşmalarının bazası vurulub, bu hücum zamanı o cümlədən “Hizbullah Briqadası”nın komandirlərindən biri həlak olub.Bağdadda onun dəfninə yülərlə adam qatılıb. Nəhayət həftənin əvvəlində İraq XİN bəyan edib ki, İsrailin hücumlarına görə BMT Təhlükəsizlik Şurasına müraciət edəcək.

Yaxın Şərq üzrə analitiklər qeyd edirlər ki, bu təhlükəli eskalasiya situasiyanın nəzarətdən çıxmasına və irimiqyaslı müharibəyə səbəb ola bilər. İsrail baş naziri B.Netanyahu isə son çıxışlarından birində beynəlxalq ictimaiyyəti İrana təsir göstərməyə çağırıb. Onun sözlərinə görə, İran İsraili məhv etmək planlarını həyata keçirmək üçün onun sərhədləri boyu Suriya, İraq, Livan ərazisində bazalar qurur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”