Yaxın ölkələrlə alver statistikası

14:16 27-08-2019 | icon 42 | İqtisadiyyat
Yaxın ölkələrlə alver statistikası

Versus.Az Azərbaycanın yaxın ölkələrlə yeddi aylıq rəsmi ticarət göstəricilərini təqdim edir.

 

Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2019-cu ilin yanvar-iyul aylarında Türkiyəyə 1,5 milyard dollarlıq məhsul ixrac olunub.

 

Rusiyaya 423,2 milyon dollarlıq, Gürcüstana 375,4 milyon dollarlıq, Ukraynaya 270 milyon dollarlıq, İrana 25,4 milyon dollarlıq, Türkmənistana 14,5 milyon dollarlıq, Qazaxıstana 14,4 milyon dollarlıq, Özbəkistana 11,7 milyon dollarlıq, Belarusa 11,4 milyon dollarlıq, Estoniyaya 1,7 milyon dollarlıq, Qırğızıstana 1,7 milyon dollarlıq, Tacikistana 1,7 milyon dollarlıq, Litvaya 1 milyon dollarlıq, Latviyaya 534 min dollarlıq, Moldovaya 288,9 min dollarlıq ixrac qeydə alınıb.

Yanvar-iyul aylarında Azərbaycan Rusiyadan 1,2 milyard dollarlıq mal alıb.

Türkiyədən Azərbaycana 816 milyon dollarlıq, İrandan 316,4 milyon dollarlıq, Ukraynadan 258,9 milyon dollarlıq, Qazaxıstandan 144 milyon dollarlıq, Belarusdan 109 milyon dollarlıq məhsul göndərilib.

Digər yaxın ölkələrdən idxal göstəriciləri belə rəsmiləşib:

Türkmənistan – 97,4 milyon dollar

Gürcüstan – 40,4 milyon dollar

Özbəkistan – 26,8 milyon dollar

Litva – 8,3 milyon dollar

Latviya – 6,9 milyon dollar

Moldova – 2,6 milyon dollar

Qırğızıstan – 1,1 milyon dollar

Estoniya – 979,1 min dollar.

Tacikistandan idxal olmayıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

"Bəs Əli Kərimli niyə susur?"

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Qəbrin nurla dolsun şəhidim...

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

713-ün Laçında düzənlədiyi parad

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

Mitinqə görə imiş... yesinlər mitinqinizi