Deputatdan təklif: Xankəndi Pedaqoji İnstitutu bərpa edilsin

11:27 29-08-2019 | icon 33 | Cəmiyyət
Deputatdan təklif: Xankəndi Pedaqoji İnstitutu bərpa edilsin

Xankəndi Pedaqoji İnstitutu (universiteti) cəbhə xəttinə yaxın bir yerdə Ağcabədidə, Bərdədə, Ağdamda yerləşə bilər”

 

Versus.Az xəbər verir ki, belə bir təkliflə millət vəkili Aydın Mirzəzadə çıxış edib.

Deputat bildirib ki, hələ 1973-cü ildə sovet Azərbaycanının rəhbəri Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri Xankəndində Pedaqoji İnstitut açılıb.

Onun dediyinə görə, bəlkə də SSRİ-də az-az institutlarda vardı ki,  orada üç dildə tədris aparılırdı və bunlardan biri də məhz həmin institut idi.

“O institutun açılması Qarabağdakı Azərbaycan icmasının öz mövqeyinin möhkəmlənməsində, Azərbaycan ictimai fikrinin öyrənilməsində çox böyük rol oynayıb. Çox təəssüf ki, məlum Dağlıq Qarabağ məsələlərindən sonra həmin institut Şuşaya köçdü,  Şuşanın işğalından sonra Azərbaycanın başqa regionuna köçdü, sonda isə hansısa universitetə birləşdirildi.

 

Ona görə mən belə hesab edirəm ki, həmin institutu – Xankəndi Pedaqji İnstitutu bərpa edilməlidir. Tələbə qəbulu verilməlidir. O institut-universitet cəbhə xəttinə yaxın bir yerdə Ağcabədidə, Bərdədə, Ağdamda, lap Mingəçevirdə yerləşə bilər və  bir qaçqın universiteti kimi ermənilərin işğalçılıq siyasətinə qarşı ideoloji silah kimi onun mövcudluğundan istifadə edə bilərik” -deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.(Etikxeber.az)

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”