Prezident köməkçisi müxalifətin təxribatından danışdı

17:19 30-08-2019 | icon 58 | Siyasət
Prezident köməkçisi müxalifətin təxribatından danışdı

"Özlərini hakimiyyətə "opponent" hesab edən, siyasi fəaliyyətləri sosial şəbəkələrdə əsassız, qərəzli, şantaj xarakterli iddialar irəli sürməkdən ibarət olan ayrı-ayrı qrup və fərdlər ölkədə ictimai narazılıq formalaşdırmaq üçün ən səviyyəsiz və primitiv üsullara əl atmaqdan belə çəkinmirlər. Öncə də qeyd etdiyim kimi, AXCP sədri Əli Kərimli başının dəstəsi ilə birlikdə ölkədə və dünyada baş verən bütün mənfi yüklü halları Azərbaycan hakimiyyətinin və dövlətinin adı ilə bağlamağa cəhd göstərir. Bu mənada, əlində silah foto çəkdirib özünü "fədai" kimi reklam edən birisini hakimiyyətlə əlaqələndirmək də həmin absurd iddiaların davamından başqa bir şey deyil".

 

Versus.Az xəbər verir ki, bu fikriləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün "Facebook" səhifəsində yazıb.

Prezidentin köməkçisi bildirib: "Silahlı dəstələr yaratmaq, insanları silahla hədələmək, onların evlərinə basqın etmək, itaət etməyənləri döyüb avtomobilin yük yerinə salmaq və digər bu kimi hüquqazidd əməllər Əli Kərimlinin dövlət müşaviri olduğu AXC-Müsavat hakimiyyətinin üsul-idarəsi üçün xarakterik hallar olub. Bugünkü Azərbaycan hüquqi dövlətdir, burada heç bir cinayətkar cəzasız qalmır, günahı olmayan da cəza almır. Dövlətin hansısa "fədailər qrupu"na və digər bu kimi qeyri-qanuni dəstələrə ehtiyacı yoxdur, onun asayişi yaradan, qanunlara əməl olunmasını təmin edən hüquq mühafizə sistemi və ədaləti bərpa edən məhkəməsi var. Buna görə də öz siyasi ambisialarını reallaşdırmaq məqsədilə şər-böhtan yaymaq və ictimaiyyəti çaşdırmaq lazım deyil. Belə əməllərə yol verən onun hüquqi məsuliyyətini də dərk etməyi bacarmalıdır.

Əli Kərimliyə xatırlatmaq istərdim ki, əli silahlı şəkil çəkdirib paylaşmaq onun özünün ortaya qoyduğu bir nümunədir. Əgər bu gün kimsə bu "qəhrəmanlığı" təkrarlayırsa, bunun səbəbini hakimiyyətin siyasətində yox, AXCP-nin və onun başçısının əməllərində axtarmaq daha düzgün olar.

O ki qaldı Əli Kərimlinin "özünüzü yığışdırın", "məsuliyyətli olun" tipli hədələrinə, demək istərdim ki, nə o özü, nə də arxalandığı çevrələr Azərbaycan hakimiyyəti ilə təhdid dilində danışa bilməz Buna görə də həmin ifadələri onun özünə qaytararaq deyirəm: "Əli Kərimli reallıq hissini itirmə!"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

AXCP sədr müavini: Dəyişən Rüstəm İbrahimbəyovun yerində Əli İnsanovun olmasıdır

“İstənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır”

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Əli İnsanovun onlarla birgə olması ilk öncə özünə təhqirdir"

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Ciyər xərçənginin ilkin əlamətləri açıqlandı

Qadının ən gizli orqanının sirri açıldı

Sevindik Nəsiboğlu görkəmli şərqşünasın 80 illiyinə şeir həsr etdi

Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ