“Yay məktəbi” başa çatıb-FOTOLAR

18:29 30-08-2019 | icon 37 | Təhsil
“Yay məktəbi” başa çatıb-FOTOLAR

Avqustun 30-da “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi”nin bağlanış mərasimi keçirilib.

 

Versus.Az  xəbər verir ki, “Yay məktəbi”nə şagirdlər arasında keçirilən “Bilik yarışı” ilə yekun vurulub.

 

“Bilik yarışı”nda Bakı şəhəri üzrə “Yay məktəbi”nin II mərhələsinin əhatə etdiyi 27 ümumi təhsil müəsssisəsinin VII-VIII sinif şagirdlərindən ibarət məktəblərin komandaları qalibiyyət uğrunda mübarizə aparıb.

 

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, Təhsil Texnologiyaları Mərkəzinin direktoru Valeh Mirzəliyev, İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov iştirak edib.

 

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb. İdarə müdiri layihənin şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılmasında, onlara asudə vaxtın səmərəli təşkili vərdişlərinin aşılanmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.

 

İki hissədən ibarət müsabiqənin nəticəsinə əsasən, BŞTİ-nin tabeliyindəki 102 və 3 nömrəli tam orta məktəblərin birləşmiş komandası I, 72 nömrəli məktəb-liseyin komandası II, 286 nömrəli tam orta məktəbin komandası isə III yerləri tutublar. Qalib komandalara hədiyyələr, diplomlar və medallar təqdim olunub.

 

Qeyd edək ki, BŞTİ-nin nəzdindəki ümumi təhsil müəssisələrində reallaşdırılmış “Yay məktəbi”ndə iyulda V-VI, avqustda VII-VIII sinif şagirdləri iştirak ediblər. Bu müddətdə 2000-dən çox məktəbli üçün təlim, seminar, informativ sessiya, ekskursiya,  idman yarışları və əyləncəli saatlar təşkil edilib.

“Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə uşaqlara keyfiyyətli təhsil imkanları yaratmaq, əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır.

Xatırladaq ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsində həyata keçirilir. Yeni tədris ilindən etibarən “Məktəblinin dostu” pilot layihəsinin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması planlaşdırılır. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Qəbrin nurla dolsun şəhidim...

"Bu, islahat deyil, utancverici göstəricidir"

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik