Həsən Ruhani fransalı həmkarı ilə telefonla danışıb

16:31 01-09-2019 | icon 165 | Dünya
Həsən Ruhani fransalı həmkarı ilə telefonla danışıb

“Əgər Avropa öz öhdəliyini yerinə yetirməzsə, İran nüvə sazişi ilə bağlı öhdəliyin azaldılması istiqamətində üçüncü addımı icra edəcək”.

 

Versus.Az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Fransalı həmkarı Emmanuel Makronla telefon danışığında deyib.

 

İran prezidenti deyib ki, İran İslam Respubliası “Hərtərəfli Birgə Fəaliyyət Planı”nı qorumaqda maraqlıdır: "HBFP-nin maddələri dəyişilməzdir və bütün tərəflər həmin sazişə dair öhdəliklərini icra etməlidir".

 

Ruhani qeyd edib ki, hazırkı müzakirələrdə HBFP-nin öhdəliklərini bütün tərəflərin icra etməsi və beynəlxalq sularda gəmiçiliyin təhlükəsizliyini təmin edilməsi əsas məqsəddir.


Telefon danışığında Ruhani həmçinin Yəmənin məzlum xalqının vəziyyəti ilə bağlı da Fransalı həmkarı ilə danışıb: “Yəmən böhranı müharibə yolu ilə həll olunmayacaq. Çalışmalıyıq ki, siyasi danışıqlar və lazimi addımlarla bu ölkədə ədalətli və davamlı sabitlik yaransın".

Bölgədə yeni müharibənin alovlanmasının heç bir ölkənin xeyrinə olmadığını deyən Ruhani İsrail rejiminin bu gün İran, İraq, Livan və Suriya kimi ölkələrə qarşı təcavüzkar addımları ilə fəxr etməsini pisləyib.

Telefon danışığında E.Makron İran XİN başçısı Məhəmməd Cavad Zərifin Fransaya səfərini müsbət dəyərləndirib və bildirib ki, bu səfər İran İslam Respublikasının müzakirələrdə öz öhdəlik və mənafeyini təmin etmək üçün iradəli olduğunu göstərdi.

Gələn həftə ərzində İran və Fransa iqtisadi ekspertlərinin Parisdə görüş keçirəcəyini deyən Makron deyib ki, danışıqların davamlı aparılması və problemlərin həllinin müzakirə yolu ilə çözülməsi ən optimal variantdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Qəzalı binanın sakinləri Allahın ümidinə qalıb - VİDEO

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Çinin aparıcı həkimləri Bakıda

Yaponlar tərcüməçi-maska hazırladılar - FOTO

713-ün keçmiş döyüşçüləri ŞƏHİDləri ziyarət etdi

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir

Ezamiyyələr icaze.e-gov.az portalından alınacaq

Azərbaycanlı dənizçilər Livan hökuməti tərəfindən təxliyyə edildi

Sükutu pozmadan iki milyondan çox baxış qazandı - VİDEO