"AXCP hər iki media qurumunun daha da böyüməsində maraqlıdır"

20:30 01-09-2019 | icon 151 | KİV
"AXCP hər iki media qurumunun daha da böyüməsində maraqlıdır"

Bu gün cebhe.info xəbər portalının yaranmasının, “Cümhuriyət” qəzetinin bərpasının isə 4 ili tamam olur.

 

Versus.Az-ın məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev bu münasibətlə “Cümhuriyət” qəzetinin və Cebhe.info xəbər portalının kollektivini təbrik edib.

Təbrikdə deyilir:

 

“Saytın və qəzetin əzmkar və zəhmətkeş kollektivini ürəkdən təbrik edir və onlara daha böyük başarılar arzulayıram. Portalın direktoru və "Cümhuriyət" qəzetinin baş redaktoru Rəfail Becanovun rəhbərliyi ilə kollektiv böyük uğurlara imza atıb. Bu gün onlar media məkanında öz sayılıb seçilən yerləri ilə fəxr edirlər və bizlər də onlatın bu fəxr hissini bölüşürük.

Doğrudan da, media bazarına girmək və özünə yer tutmaq hər kəsə nəsib olan bəxtəvərlik deyil. Amma, bu bəxtəvərlik əzmkar, çalışqan və dəyərli jurnalist kollektivinin səyləri ilə hasil olub.

Xoşbəxt o sayt və qəzetdir ki, onun xüsusi, istisna təşkil edən və nadir oxucuları var. O, oxucular ki, xüsusi məlumatları ancaq və ancaq səndən gözləyir, bəzi məlumatları səndə izləyirlər.

Cebhe.info və “Cümhuriyət” belə media qurumlarıdır. Bu uğur və nailiyyət həm də səmimiyyət üzərində qurulan dostluğun bir nəticəsidir”.

 

R.Nurullayev bildirib ki, AXCP  hər iki media qurumunun daha da böyüməsində maraqlıdır:

 

“Hər iki media qurumu Elçibəyçilik üzərində siyasət quran partiyaya daima informasiya dəstəyi verib və Azərbaycanda yeni nəsil siyasətçilərin və siyasətin formalaşmasında əməyini əsirgəməyib. Bu fakt özü-özlüyündə həm də bizlərin ideoloji və siyasi baxışlarımızın bir-birinə yaxın olmasıdır. Sizlər media qurumu olaraq müstəqil fikir və düşüncəyə, media siyasətinə maliksiniz.

Bununla bərabər, sizlər həm də Azərbaycanda yeni demokratiyanın formalaşmasında atdığımız addımlara damcı-damcı töhfələr verməkdəsiniz. Bu xidmətinizi də nə xalq, nə də Azərbaycan unudacaq.

Sizləri bir daha ürəkdən təbrik edir və daha böyük nailiyyətlər arzulayıram”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

"Bəs Əli Kərimli niyə susur?"

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Qəbrin nurla dolsun şəhidim...

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

713-ün Laçında düzənlədiyi parad

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

Mitinqə görə imiş... yesinlər mitinqinizi