Lahıcda arxeoloji kəşfiyyat işlərinə başlanıldı

12:07 03-09-2019 | icon 33 | Cəmiyyət
Lahıcda arxeoloji kəşfiyyat işlərinə başlanıldı

Dövlət Turizm Agentliyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu-İsmayıllı arxeoloji ekspedisiyası arasında Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunda elmi-tədqiqat işlərinə və kəşfiyyat qazıntılarının aparılması, orta əsr Azərbaycan şəhərsalma mədəniyyətinin izlərini günümüzə qədər daşıyan Lahıc qəsəbəsində qədim kürəbəndin, yəni şəhər mədəniyyətinin göstəricisi olan kanalizasiya şəbəkəsinin daha dərindən öyrənilməsi işlərinə başlanılması barədə razılıq əldə edilib.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, ilkin arxeoloji kəşfiyyat işləri — gələcəkdə burada aparılacaq geniş arxeoloji tədqiqatların istiqamətlərinin müəyyənləşdirilməsini, tapılan maddi-mədəni irs nümunələrinin tədqiqini, turizm sahəsinin inkişafını və bu qədim Azərbaycan şəhərinin mədəni irsinin təbliğini nəzərdə tutur.

 

Lahıcın yuxarı hissəsində yerləşən Ağolu məhəlləsində - Ağolu məscidinin (hazırda Lahıc Tarix və Diyarşünaslıq müzeyi) yaxınlığında aparılan qazıntı sahəsinin üst qatında son orta əsrlər dövrünə aid az sayda saxsı fraqmentlərinə rast gəlinmiş, mədəni təbəqənin dərinliyinin 0,40-0,45 m təşkil etdiyi üzə çıxarılıb. 8 m2 (2x4) ərazini əhatə edən ikinci kəşfiyyat qazıntısı Bazar küçəsinin girişində - gələcəkdə inşası planlaşdırılan Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun inzibati binasının ərazisində aparılıb:

"Məlum olmuşdur ki, vaxtı ilə bu ərazidə yaşayış və yardımçı binalar mövcud idi, amma təsərrüfat işləri nəticəsində sonradan bu ərazidə mədəni təbəqə qarışmışdır. Qazıntı sahəsinin üst qatında Orta əsrlərə aid şirli və şirsiz saxsı fraqmentlərinə və dəmirdən hazırlanmış əşyalara rast gəlindi.

Qeyd olunduğu kimi, təsərrüfat işləri nəticəsində ərazinin üst qatı cənub-şərq hissədə dağılsa da, mədəni təbəqə şimal-qərb hissədə qismən toxunulmaz vəziyyətdə qalmışdır. Qazıntı zamanı kəşfiyyat qazıntı yerinin qərb hissəsində, kəsiyə paralel, uzunluğu 2,2 m olan qaya daşlarından hörülmüş tikili aşkar edildi. Tədqiqatlar zamanı qazıntı sahəsinin mərkəzində, 0,5 m dərinlikdən qədim kanalizasiya xətti, yəni, qədim kürəbənd şəbəkəsinin izləri aşkar edildi. Bu xəttin eni 0,2 m təşkil edir. Kiçik ölçülü bu xətt, cənub istiqamətində uzanaraq, əsas kürəbənd xəttinə birləşir. Kürəbənd xətti, hər tərəfi eyni ölçüdə olan, yastı qaya daşlarından hazırlanmışdır. Xəttin üzəri çirkab suyun və pis qoxunun yer səthinə çıxmasının qarşısının alınması üçün döşəmə daşları ilə kip örtülmüşdü".

 

Qeyd edək ki, 2013-ci il iyul ayında Ərəgid ərazisində Sahil məhəlləsində ev tikintisi zamanı 7 daş qutu qəbir aşkar edilmişdi. O vaxt əraziyə ezam edilmiş arxeoloq Akif Quliyevin apardığı araşdırmalar nəticəsində bu qəbirlərin İlk Orta Əsrlər (IV-VII əsrlər) dövrünə aid olduğu aydınlaşdı. Digər maraqlı tapıntılar Lahıc orta məktəbinin ərazisində aparılan tikinti işləri zamanı aşkara çıxarılmışdı. Buradan son antik dövrə aid qəbirlər tapıldı. Təqribən 0,5 ha ərazini əhatə edən nekropoldan, 1,5-2,5 m dərinlikdən dəmirdən hazırlanmış nizə və ox ucluqları, qılınc və xəncər qalıqları, əmək alətləri, muncuqlar aşkar edilmişdi.

Növbəti kəşfiyyat işlərinin Ərəgid məzarlığı, Köhnə Dülüz məhəlləsi, orta məktəbin yaxınlığında aparılması nəzərdə tutulur.

 

Sevda Teymurova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”