İngilislər zibil konteynerləri yenidən araşdırırlar

12:50 03-09-2019 | icon 50 | Sosial
İngilislər zibil konteynerləri yenidən araşdırırlar

Məlumat verildiyi kimi iyul ayından etibarən Bakı şəhərinin Nərimanov rayonunda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi ilə bağlı Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Böyük Britaniyanın "Mott MacDonald" şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin icrasına başlanılıb.

 

Bakı Şəhər İcra Hakimiyyətindən Versus.Az-a verilən məlumata görə, hazırlıq və sakinlərlə maarifləndirmə işlərinin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində xeyli irəliləyişlər əldə olunub.

 

Maarifləndirici tədbirlər, evlərə paylanan broşurlar, bloklara yapışdırılan elanlar, həyətlərdə, məhəllələrdə keçirilən görüşlər öz bəhrəsini verib. Meydançalara lazımi miqdarda konteynerlər yerləşdirib, könüllülər gündəlik izahetmə işləri aparırlar. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.

 

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaradılan Monitorinq Mərkəzində Bakıya növbəti dəfə ezam olunmuş "Mott MacDonald" şirkətinın səlahiyyətli nümayəndəsi - Tullantı Menecmenti məsləhətçisi Artur Guasti ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində indiyədək görülən işlər barədə ətraflı məlumat vermiş və jurnalistləri maraqlandıran sualları cavablandırıb. O, bildirib ki, tullantıların kompozisiyasının araşdırılmasının təkrarlanması əldə edilən təkrar emal tullantılarının nisbətinin dəqiq öyrənilməsidir:

"Kompozisiya araşdırılmasının təkrarlanması hər dəfə nəticələrini dəqiqləşdirilməsi üçündür və hər 2-3 aydan bir təkrarlanması nəzərdə tutulub. Burada əsas məqsəd hansı materialların uğurlu, hansının isə uğursuz toplanması, nələri az, nələri isə çox əldə edə bildiyimizi öyrənməkdir. Hər gün konteynerlər yoxlanılır, onların yerləşmə strukturu müzakirə olunaraq optimal variant tapılır.

Artıq görülən işlər öz bəhrəsini verməkdədir. Hər gün yığılan tullantıların tərkibi və çəkiləri araşdırılır, məlumat bazasına əlavə edilir. Ilkin günlərdə təkrar emal üçün yığılan tullantıların miqdarı 6 tona yaxın idisə, indi, işlərin başlanmasından 2 ay sonra gündəlik təkrar emal tullantılarının miqdarı 22 tona şatıb və bu göstərici artmaqda davam edir.

Layihənin icrasının ilk 2 ayının nəticələri çox uğurludur. Kiçik, çox da vacib olmayan problemlər var, onlar qaçılmazdır. Onlar operativ şəkildə aradan qaldırılır. Gündəlik olaraq “Təmiz şəhər” ASC-də oluruq və nəqliyyatın gətirdiyi tullantıları orada da araşdırırıq".

 

"Mott MacDonald" şirkətinın Tullantı Menecmenti məsləhətçisi Artur Guasti bildirib ki, bir sıra ölkələrin paytaxtlarından fərqli olaraq Bakı şəhərində bu layihənin tətbiqi çox uğurla keçir və yaxın gələcəkdə Nərimanov rayonu ilə yanaşı dıgər rayonlarda da tətbiq ediləcək. Hazırda isə həmin rayonlarda tullantıların kompozisiyalarının müəyyənləşdirilməsi işləri aparılır.

 

G.Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”