Ermənilərin "Baş nazir faciəsi"

10:38 04-09-2019 | icon 59 | Siyasət
Ermənilərin "Baş nazir faciəsi"

Ermənistanın Baş naziri Nikol Paşinyan avqust ayının əvvəllərində həmişəki ampluasında qalaraq populist vədlərlə çıxış etdi.

 

N.Paşinyan bu dəfə Ermənistandakı ictimai-siyasi, iqtisadi böhrandan diqqəti yayındırmaq üçün ölkəsinin 2050-ci il üçün hədəflərini açıqladı.

Ermənistanın hökumət başçısı deyib ki, ölkədə 2050-ci ilə qədər maaşlar yeddi dəfə artacaq, əhalinin sayı beş milyona çatacaq. Bununla yanaşı, o əlavə edib ki, ölkədə ümumi daxili məhsul artacaq, 1.5 milyon yeni iş yeri açılacaq.

 

Ermənistanda tüğyan edən böhran, ölkənin iqtisadi izolyasiyası fonunda N.Paşinyanın "yağlı" vədləri isə mövcud statistik rəqəmlərə "meydan oxumaq"dan başqa bir şey deyil.

Ermənistanda əhalinin kəskin azalması isə bu ölkənin rəsmi statistik rəqəmlərində öz əksini tapıb.

2019-cu ilin son altı ayı ərzində Ermənistanda daimi əhalinin sayı 3700 nəfər azalaraq, 2 milyon 961 min 600 nəfər təşkil edib.

Bununla paralel olaraq isə əhali arasında doğuşların sayı azalır, ölüm halları isə artır.

Paşinyan ümumi daxili məhsulun (ÜDM) həcminin qarşıdakı 30 il ərzində 15 dəfə artımını proqnozlaşdırır. Halbuki beynəlxalq və yerli ekspertlərin fikrincə, bu, olduqca şişirdilmiş rəqəmdir və heç bir perspektivi olmayan hədəfdir.

 

N.Paşinyanın "inkişaf konsepsiyası" beynəlxalq təşkilatların proqnozları ilə əməlli-başlı ziddiyyət təşkil edir.

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, ÜDM-in həcmi 17 milyard dollar, adambaşına düşən miqdarı isə 5.7 min dollar təşkil edəcək.

 

N.Paşinyanın "strateji sənəd"ində isə Ermənistanda 2024-cü ildə ÜDM-nin ümumi həcminin 22 milyard dollar, adambaşına düşən miqdarı isə təxminən 6,6 min dollar olacağı qeyd edilib.

Ermənistanda ixrac həcminin gələcəyi sual altındadır. BVF-in proqnozlarına əsasən, Ermənistanda hələ uzun müddətdə idxal ixracı üstələyəcək.

 

Ermənistan hökumətinin açıqladığı hədəflər içərisində turizm sektorunun inkişafına diqqət ayrılması da qeyd edilib.

Bildirilib ki, 2050-ci ildə ölkəyə 15 milyon turistin gəlməsi qarşıya qoyulan hədəflərdəndir. Ancaq  Ermənistanın İqtisadiyyat və Qiymətləndirmələr Araşdırma Mərkəzinin təhlilinə əsasən, xarici turist olaraq ölkəyə səfər edən qonaqların 62 faizi dünyanın müxtəlif yerlərində yaşayan etnik ermənilərdir.

 

Dünya Bankının proqnozuna görə, Ermənistanda ÜDM-in artımı ləng gedəcək. Həmçinin, bildirilib ki, mal və xidmətlərin ixracatının həcmləri də aşağı düşəcək.

 

Dünya Bankının ekspertlərinin fikrincə, Ermənistanın tərəfdaşı olan ölkələrdə siyasi dairələrdə və beynəlxalq ticarət sahəsində gərginliyin artması iqtisadi tənəzzülün yaranmasına, yaxud dərinləşməsinə gətirib çıxara bilər.

 

Ermənistan iqtidarı ölkənin düşdüyü acınacaqlı durumun baiskarının keçmiş rəhbərlik olduğunu vurğulayır. Amma bir məsələni anlamaq istəmirlər ki, Ermənistanın rəzil duruma düşməsinin əsas səbəbi bu ölkənin işğalçılıq siyasətidir.

 

Rusiyalı politoloq Vitali Arkov "Report"a müsahibəsində deyib ki, N.Paşinyan ölkədə iqtisadiyyatın çökdüyü bir vaxtda öz reytinqini bərpa etmək təlaşındadır. O, Ermənistanın işğalçılıq siyasətinə diqqət çəkərək vurğulayıb:

"İndi isə Ermənistan xalqının qazancı boş sözlər, ən dəhşətlisi də Dağlıq Qarabağdan gələcək minlərlə tabut, minlərlə də şikəst olacaq. Yəni Paşinyan bir çox erməni ailələrinə faciə gətirə bilər".

N.Paşinyanın "strateji konsepsiyası" Ermənistanın ekspert çevrələrində də istehza yaradıb.

 

"Hökumət başçısı real layihələrə maraq göstərmədiyini bildirəndə, daha ona qulaq asmaq istəmədim", - politoloq Karen Bekaryan deyib.

"Əvvəla, qeyd edim ki, ölkə başçısının "real layihələr bizi maraqlandırmır" deməsi artıq qarşıdakı problemlərdən xəbər verir. Məni düzgün başa düşün, əgər elmi fantastik yazıçıların iştirakı ilə keçirilən konfransda kimsə real layihələrə maraq göstərmədiyini açıq etiraf edirsə, əslində, bu normal səslənərdi. Lakin hökumət başçısının real layihələrlə bağlı səsləndirdiyi fikirlər, təbii ki, normal qəbul edilə bilməz", - deyə K.Bekaryan əlavə edib.

 

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi David Şahnazaryanın fikirlərindən isə anlaşılır ki, N.Paşinyan erməni xalqını şirnikləndirir. O, bunu erməni xalqının hakimiyyətə etimad göstərməməsi ilə əlaqələndirib.

"Erməni xalqının oyanışı Nikol Paşinyan hökuməti üçün təhlükəli həddə çatıb", - deyə D.Şahnazaryan bildirib.

 

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib ki, N.Paşinyan hakimiyyətdə olduğu dövrdə verdiyi vədlərin heç birini yerinə yetirə bilməyib.

 

Deputatın fikrincə, N.Paşinyanın Ermənistanın gələcək inkişafı ilə səsləndirdiyi qeyri-ciddi rəqəmlər Ermənistan cəmiyyətində məsxərəyə qoyulur.

"Cırtdan, ac-yalavac, blokada vəziyyətində olan bir ölkənin rəhbəri qeyd edir ki, 2050-ci ilə Ermənistan ordusu dünyada 20-ci mövqedə olacaq. Təsəvvür edin, Paşinyan deyir ki, 30 il ərzində Ermənistan ordusu qabaqcıl dövlətlərin sırasında yer alacaq. Bundan da çox gülüş hədəfi doğuran digər tezisi odur ki, Ermənistan 2050-ci ilə qədər "Böyük iyirmiliy"in sırasında yer tapacaq. Bu yalana özündən başqa heç kim inanmır", - deyə E.Nəsirov əlavə edib.

 

Politoloq bildirib ki, N.Paşinyanın ölkəyə gələn turistlərin sayının 15 milyona çatacağını deməsi isə başdan-ayağa populizmdir. Parlamentari qeyd edib ki, N.Paşinyan absurd, utopik fikirlər səsləndirməklə özünü qeyri-ciddi siyasətçi kimi tanıdır:

"Ermənistan müstəqil deyil. İqtisadiyyatı bərbad vəziyyətdədir. Xarici investisiya cəlb etmək imkanları yoxdur. Bundan başqa, nə qədər ki işğal faktı aradan qaldırılmayıb, Ermənistan iqtisadiyyatının inkişafı qeyri-mümkündür".

 

E.Nəsirov hesab edir ki, N.Paşinyanın erməni xalqını aldatmaq cəhdləri effekt vermir:

"Artıq insanlar yalandan doyublar. Erməni xalqı Paşinyandan iş, çörək istəyir. O isə əhaliyə yalançı vədlər verir. Bu vədlər yerinə yetirilmədikcə isə Paşinyana olan inam daha da aşağı düşür.

Xüsusilə Ermənistanda "məxməri inqilab" zamanı Paşinyanı müdafiə edən bölgələrin əhalisinin son zamanlar Paşinyana olan etimadı sıfıra enir. İş o yerə çatıb ki, parlamentdə Paşinyanın "Mənim addımım" blokunun deputatları da Baş nazirə qarşı mövqe ortaya qoyurlar.

İş o həddə çatıb ki, Paşinyan Ermənistanın xaricdəki səfirləri ilə görüşü zamanı onları hədələyir. Deyir ki, siz niyə Ermənistana investisiya cəlb edə bilmirsiniz?" /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”