"Əli Kərimli siyasi ambisiyalarına görə öz liderinə belə xəyanət edən şəxsdir”

13:58 04-09-2019 | icon 68 | Siyasət
"Əli Kərimli siyasi ambisiyalarına görə öz liderinə belə xəyanət edən şəxsdir”

AXCP sədri Əli Kərimlinin növbəti dəfə Qarabağ ətrafındakı rayonların işğal edilməsinin milli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra baş verməsi ilə bağlı iddialar səsləndirməsi öz hakimiyyətlərinin rüsvayçı məğlubiyyətini və uğursuz idarəetmələrini ört-basdır etmək cəhdindən başqa bir şey deyil.

 

Bu sözləri açıqlamasında əməkdar jurnalist, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı Əli Kərimlinin səsləndirdiyi iddialara cavab olaraq deyib. Prezidentin köməkçisi Əli Həsənovun mövzu ilə bağlı olduqca maraqlı məqamlara toxunduğuna diqqət çəkən politoloq vurğulayıb ki, Əli Həsənovun dediyi kimi, 1992-93-cü il hadisələrinin canlı şahidləri o dövrü yaxşı xatırlayırlar:

“Xarici və daxili siyasətdə bir-birinin ardınca buraxılan faciəvi səhvlərin nəticəsində Azərbaycan ağır iqtisadi, siyasi və hərbi uğursuzluğa düçar olmuşdu. 1993-cü il 4 iyun qiyamı hamının yadındadır: Surət Hüseynova xalqın böyük etimadının səbəbi nə idi? Cəbhə-Müsavat iqtidarına qarşı xalqda o qədər mənfi fikir formalaşmışdı ki, cəbhədən ordunu çəkib Bakıya doğru hərəkət edən S.Hüseynovu və ona tabe olan əsgərləri hər kəs bir qəhrəman kimi qəbul edirdi”.

 

Politoloq qeyd edib ki, Əli Kərimlinin təmsil olunduğu hakimiyyət zamanı müharibə aparan bir ölkədə qardaş qırğını baş verdi, əsgərlərimiz üz-üzə qoyuldu:

“Surət Hüseynovun Azərbaycanda hakimiyyətdə təmsil olunanları məhv edəcəyi ilə bağlı bəyanatlarını Əli Kərimli nə tez “unudub”? Kim idi dövləti o ağır duruma gətirən? Özünümüdafiə batalyonlarının statusunun ləğvi barədə rəsmi sərəncamı Cəbhə-Müsavat hakimiyyəti vermişdi. 1993-cü ilin iyunundan faktiki olaraq bütün Qarabağ ətrafından döyüş imkanı olan batalyonlar geri çəkilmişdi və Bakıda üz-üzə dayanan siyasi qrupların hakimiyyət uğrunda savaşlarının alətinə çevrilmişdi”.

 

A.Camalqızı xatırladıb ki, məhz bu faktdan istifadə edən Ermənistan Rusiya hərbçilərinin yardımı ilə bir-birinin ardınca rayonları işğal etməyə başladı:

“Ölkədə qardaş qırğını başlamışdı, Surət Hüseynovun ordusu Bakının “beş addımlığına” qədər irəliləmişdi. Həmin dövrdə baş nazir olan Pənah Hüseynov sonradan çox mühüm bir informasiyanı da cəmiyyətə açıqladı. Prezidentin xüsusi dəstəyi ilə Şıxov ərazisində məxsusi təlim keçən hərbi birlikdən bu məqamda istifadə edilməsi barədə qərar verilir. Lakin Pənah Hüseyn deyir ki, həmin hərbi hissəyə gedərkən 3-5 nəfərdən başqa kimsəni tapmayıb. Onun bildirdiyinə görə, yüzlərlə əsgər hakimiyyətə inamsızlıq səbəbindən silahlarını da götürərək, özbaşına Şıxov ərazisindəki xüsusi hərbi hissəni tərk etmişdi. İndi siz təsəvvür edin ki, “xüsusi təyinatlı” sayılacaq hərbi hissədə vəziyyət bu cür idisə, hansı “ordu” və dövlətə sadiq əsgərlərdən danışmaq olardı?”

 

Politoloq bildirib ki, milli münaqişə zəminində ölkənin faktiki olaraq parçalandığı, hər batalyon rəhbərinin özünü “prezident” kimi gördüyü bir məqamda xalqın israrlı təkidi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı:

“Prezident Elçibəy də çox gözəl anlayırdı ki, Azərbaycanı məhv olmaqdan xilas edə biləcək yeganə şəxs Heydər Əliyevdir. Ona görə Heydər Əliyev Bakıya dəvət edildi və Ümummilli lider də ilk gündən qardaş qırğınının qarşısının alınması, daxildəki separatizmin məhvi üçün təkbaşına fəaliyyətə başladı.

Heydər Əliyev təkbaşına məhz Cəbhə-Müsavat hakimiyyətinin Prezidentin Qarabağ üzrə xüsusi nümayəndəsi təyin etdiyi, Milli Qəhrəman adı verdiyi, polkovnik rütbəsinə qaldırdığı qiyamçı Surət Hüseynov və onun ətrafındakı böyük hərbi qüvvə ilə üz-üzə idi. Üstəlik, yenə də AXC-Müsavat cütlüyünün “bəslədiyi” Ələkrəm Hümbətov silahlı dəstə sayəsində özünü “Lənkəran xanı” elan etmişdi və faktiki olaraq ölkəni parçalamışdı.

Heydər Əliyev ilk növbədə Surət Hüseynova yüksək vəzifə verməklə onu zərərsizləşdirdi, daha sonra isə bir güllə belə atmadan, Cəbhə-Müsavat cütlüyünün aylarla, hərbi güclə həll edə bilmədiyi separatizmi bircə əməliyyatla, xalqın böyük sevgisi və dəstəyini arxasına alaraq və qan tökmədən həll etdi, Ələkrəm Hümbətovu siyasi-hərbi səhnədən sildi. İndi özünüz müqayisə edin: Surət Hüseynova qarşı rüsvayçı bir əməliyyatla böyük qardaş qırğınına yol açan və ölkənin parçalanmasına səbəb olan, əlində bir illik hakimiyyət və dövlət aparatı, “komandası” olan Cəbhə-Müsavat hakimiyyətinin təmsilçisi hansı əsasla Milli Məclisin sədri vəzifəsini daşıyan və əlində heç bir hərbi birlik, komandası olmadan, təkbaşına, yalnız siyasi müdrikliyi sayəsində bir ay içində bu separatizmi məhv edən Heydər Əliyevi suçlaya bilər?!”

 

A.Camalqızı qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bütövlükdə xalqın inamı, etibarı özünə qayıtdı:

“1993-cü ilin qışından başlayaraq, Ermənistan silahlı qüvvələri Gəncə istiqamətində böyük hərbi əməliyyata başladılar. Həmin dövrdə Prezidentin köməkçisi olmuş Eldar Namazov bir çox həqiqətləri artıq ictimailəşdirib. Belə ki, Rusiya Prezidenti Yeltsin neft müqavilələrinin Rusiya ilə imzalanmasını və rus ordusunun geri – Azərbaycana qayıtmasını tələb edirdi. Heydər Əliyev isə rus ordusunun əleyhinə idi, neft kontraktları müqabilində işğaldakı bütün torpaqların azad olunmasını qəti şəkildə şərt olaraq irəli sürmüşdü. Əvəzində isə Yeltsin “ya şərtimizi qəbul edin, ya da ermənilər Gəncəni tutacaq” demişdi. Bunun ardınca isə ermənilərin Rusiyanın birbaşa hərbi dəstəyi ilə Tərtər, Bərdə istiqamətində misli görünməmiş hücumu başladı. Həmin dövrdə Heydər Əliyevin bir çağırışı ilə 30 min gənc könüllü olaraq, bir neçə günün içində cəbhəyə yollandı. Bu gənclərin böyük əksəriyyəti İsgəndər Həmidovun “oblavası” ilə tutulub cəbhəyə göndərilən və qısa müddətdə fərariyə çevrilənlər idi. Necə olur ki, Cəbhə-Müsavat dönəmində fərarilik edən, dövlətinə inanmayan gənclər Heydər Əliyevin bircə televiziya çağırışı ilə gecə ilə cəbhəyə yollandı?

Bu, Heydər Əliyevə xalq sevgisinin nəticəsi idi. Və xalqın da gözü tərəzidir: kimin kim olduğunu çox gözəl bilir”.

 

A.Camalqızı vurğulayıb ki, 1993-cü ilin iyununa qədər Surət Hüseynovun hərbi hissəsinin timsalında üstündə “Bakıya” yazılmış tanklar Bakı ətrafında meydan sulayırdısa, həmin ilin qışında üstündə “Heydər uğrunda” (Bu yazıların bir çoxu rus dilində də vardı – ermənilərə ismarış üçün) yazılmış tanklar cəbhədə döyüş meydanında düşmənlə savaşda idi:

“O dövrün gəncləri, uşaqları yalnız tarix kitablarında və müharibə filmlərində tankların üstündə “Za Stalinu” yazısını oxumuşdular, “Stalin uğrunda” ölümə gedənlər görmüşdülər. Gözümüzü açanda isə öz tanklarımızın üstündə “Bakıya doğru” yazılarından sarsılmışdıq.

Yalnız Heydər Əliyev hakimiyyətə qayıdandan sonra “Heydər uğrunda”, “Vətən uğrunda” yazıları ölkəni bürüdü. Bu, olduqca qürurverici bir hal idi. Məhz Heydər Əliyevə olan sevgi, Heydər Əliyevin möhtəşəm siyasi və hərbi dühası sayəsində ermənilərin Tərtər və Bərdə istiqamətində Rusiya hərbi birliklərinin birbaşa dəstəyi ilə hücumunun qarşısı nəinki alındı, əksinə, bir çox yaşayış məntəqələri işğaldan azad edildi, həmçinin Horadiz əməliyyatı başladı. Bütün bunları necə “unutmaq” olar”.

 

Politoloqun sözlərinə görə, bu dövrdə Heydər Əliyevin qeyri-adi bacarığı və çoxşaxəli fəaliyyəti hələ siyasi tarix kitablarına, dərsliklərə tam və detallı düşməsə də, canlı şahidlər, həmin vaxt Heydər Əliyevin yanında olanlar, həmin döyüşlərdə iştirak edənlər sağ-salamatdır:

“Əslində, Heydər Əliyevin yalnız 1993-94-cü illərdə həyata keçirdiyi misilsiz siyasi-hərbi taktikası öyrənilməli və tarixləşdirilməli, siyasi tarix dərsliklərinə faktlarla, detallarla salınmalıdır ki, kimsə yaxın tariximizi saxtalaşdırmağa cəhd etməsin. Əli Kərimli isə yaxşı olardı ki, öz lideri Əbülfəz Elçibəyin həmin dövrdə, yaxın ətrafı və bəzən də ictimai şəkildə dediyi həqiqətləri yada salsın. Elçibəyin özü belə Azərbaycanı Heydər Əliyevin xilas etdiyini dəfələrlə demişdi.

Əlbəttə, bu sözlərin Əli Kərimliyə heç bir aidiyyəti yoxdur, çünki o, siyasi ambisiyalarına görə öz liderinə belə xəyanət edən şəxsdir”. /axar.az/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Qəbrin nurla dolsun şəhidim...

"Bu, islahat deyil, utancverici göstəricidir"

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik