“Ermənistan-Azərbaycan arasında proseslər dəyişə bilər”

16:29 04-09-2019 | icon 57 | Qarabağ
“Ermənistan-Azərbaycan arasında proseslər dəyişə bilər”

“Nə Azərbaycan, nə də Ermənistan ictimaiyyəti vasitəçi dövlətlərin – Minsk qrupunun həmsədrlərinin Qarabağ problemini həll edəcəyinə inanır”.

Versus.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar mövcud durumu şərh edərkən, sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov söyləyib.

O qeyd edib ki, hər iki ictimaiyyətin inamsızlığı faktı həmsədrləri passiv mövqedə olmağa vadar edir:

“Minsk qrupu sadəcə olaraq, passiv siyasətini təsdiq etmək üçün heç bir şeyi həll etməyən görüşlər təşkil edir. Bu görüşlərin həqiqətən baş verməsi belə şübhə altındadır.

Digər tərəfdən, münaqişədə güc amili həmişə mövcud olub. Gücün istifadəsi nəticəsində ermənilər torpaqlarımızı işğal edib, indiyə qədər əldə saxlayırlar. Amma bu illər ərzində güclər balansında ciddi dəyişiklər baş verib. Azərbaycan ordusu, onun iqtisadiyyatı, imkanları inkişaf edib. Ermənistan isə demoqrafiq, iqtisadi , müdafiə və digər imkanlar baxımından geridə qalır. Amma bir məsələni də həmişə yadda saxlamalıyıq ki, xarici faktor amili burada həlledicidir. Yəni ermənilərin indiki işğalı saxlaya bilmələri Rusiyanın Ermənistana təhlükəsizlik qarantiyasından asılıdır. Ermənilər buna arxalanıb, işğalçı siyasətini davam edirlər”. 


T.Zülfüqarov hesab edir ki, Rusiya faktoru dəyişmək üzrədir:

“Ermənsitan-Rusiya əlaqələri problemlər içərisindədir. Görünür ki, Rusiya indiki Nikol Paşinyan administrasiyasını heç də qəbul etmir. Bunun nəticəsi olaraq, Rusiyanın təhlükəsizlik qarantiyalarının saxlanması da şübhə altındadır. İndiki vəziyyətdə elə məqam yarana bilər ki, Rusiya təhlükəsizlik qarantiyasını Ermənistan üzərindən götürər. Bu zaman ortaya yalnız güc balansı çıxacaq. Ermənistan-Azərbaycan arasında proseslər bizim xeyrimizə dəyişə bilər. Tezis şəklində təhlil bundan ibarətdir.  Amma proseslərin dəyişməsinə rəvac verəcək amillər ortaya çıxa bilər”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT /VİDEO/

Müstəqilliyimizi rusa-erməniyə satan xainləri Fəxri Xiyabanda əzizləyirik

"Ayrı-seçkilik yaxşı deyil və gərək nəticəsinə də qatlanasan"

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

"Bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil"

"4-5 müxalifət sədrinin iştirakı iqtidar-müxalifət dialoqundan xəbər vermir" - /VİDEO/

6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

“Revmatik qızdırma ürəyi zəbt etmədən onu müalicə etmək lazımdır”

"Dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır"

AŞPA prezidenti və məruzəçinin səfərindən gözləntilər

“Avropa Birliyi yaxın gələcəkdə dağılacaq”

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

“Siyavuş Novruzov heç vaxt havadan söz söyləməz” - MÜSAHİBƏ

Türk Dünyası KİV-ləri Qənirə Paşayevadan yazdı

"İqtidarla əlaqəsi olan partiyanın böyük qərargahı olar"