Ermənistanın danışıqlar zamanı təxribat törətmə səbəbi nədir?

14:49 05-09-2019 | icon 50 | Siyasət
Ermənistanın danışıqlar zamanı təxribat törətmə səbəbi nədir?

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyanın yeni görüşünün keçirilməsi planlaşdırılır.

 

Versus.Az cebhe.info-ya istinadən xəbər verir ki, bu haqda məlumatı "Sputnik Ermənistan" yayıb.

Z.Mnatsakanyan jurnalistlərə açıqlamasında dəqiq vaxt deyə bilməyəcəyini, müvafiq bəyanatın hər iki tərəfdən verilməli olduğunu və bu mövzuda dialoqların getdiyini bildirib.


Erməni nazir bununla yanaşı Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların il ərzində olduqca dinamik olduğunu və tərəflərin prosesi dondurmaq niyyətində olmadığını deyib.

Lakin Mnatsakanyan dövlət başçıları səviyyəsində görüşlə bağlı hələlik heç nə deyə bilməyib.

 

Qeyd edək ki, sonuncu dəfə Z.Mnatsakanyan və E. Məmmədyarov 20 iyun 2019-cu ildə Vaşinqtonda görüşüblər.

Danışıqların keçirilməsi xəbərinin ardınca isə bu gün erməni tərəfi  Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki sərhəd döyüş məntəqəmizi snayper atəşinə tutub, nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb. 
Hərbi qulluqçular arasında xəsarət alan olmayıb. Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Ümumiyyətlə, müşahidələr göstərir ki, Ermənistan tərəfi həmişə danışıqlardan əvvəl və sonra atəşkəsi pozmağa cəhd edir və təxribat törədir.

 

Ermənistanın danışıqlar zamanı təxribat törətmə səbəbi nədir?

 

Məsələ ilə bağlı açıqlama verən millət vəkili, siyasi şərhçi Elman Nəsirli Ermənistanın heç bir danışığa maraqlı olmadığını, sadəcə fon yaratmaqla məşğul olduğunu qeyd edib:

“Erməni mətbuatının yaydığı məlumata görə, Ermənistan tərəfi Azərbaycanla danışıqlar aparmaq niyyətindədir. Belə məlumatlar yayılıb ki, BMT Baş məclisinin növbəti sessiyası çərçivəsində Nyu-Yorkda   görüşün keçirilməsini istəyirlər. Dəqiq vaxt və yer tam aydın deyil, amma Ermənistan tərəfi fon yaradır ki,  guya danışıqlarda maraqlıdır. Amma bu, bir fondur. Reallıq isə tamamilə başqa həqiqətləri üzə çıxarır. Həqiqət isə Ermənistanın baş naziri Nikol Paşinyanın avqust ayının 5-də Azərbaycanın işğal altında olan Xankəndi ərazisində keçirilən mitinqdə səsləndirdiyi fikirlər, eyni zamanda xarici işlər naziri Zöhrab Mnatsakanyanın sinxron olaraq dediyi sözlərin göstərdiyi vəziyyətdir. Bu fikirlər göstərir  ki, Ermənistanın danışıqların aparılmasında heç bir marağı yoxdur. İrəvan danışıqların kəsilməsində maraqlıdır, siyasi hoqqabazlıq və siyasi avantüra ilə məşğuldur. Necə danışıqlar gedə bilər ki, Paşinyan Xankəndində çıxışı zamanı Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu deyir? Belə olan vəziyyətdə danışıqlar masasında hansı  məsələ ətrafında söhbət gedə bilər? Hansı dinc yolla nizamnamədən danışıla bilər?”

 

Millət vəkili bildirib ki, Ermənistan tərəfi danışıqların baş tutmaması üçün gizli şəkildə mühit formalaşdırır və bunun səbəbi isə ölkə daxildəki narazılığı aradan qaldırma istəyidir:

“Bu gün Ermənistan tərəfinin atdığı addımlar, səsləndirdiyi siyasi bəyanatlar eyni zamanda atəşkəs rejiminin pozulması, nəqliyyat vasitəsinin ermənilər tərəfindən hədəfə alınması  göstərir ki, Ermənistan məqsədyönlü şəkildə  elə mühit formalaşdırmaq istəyir ki, danışıqlar baş tutmasın. Belə bir mühiti ona görə formalaşdırmaq istəyir ki, Ermənistan əhalisi görsün ki, münaqişənin həlli ilə bağlı məsələlərlə çox ciddi məşğuldur. Bu siyasət Paşinyanın nəyinə lazımdır? Bu siyasət axı Ermənistana nicat yolu gətirmir. Bu, Ermənistanı fəlakətlərdən xilas etmir, əksinə məsələni daha da dərinləşdirir. Məsələ ondadır ki, Paşinyan bu gün çox böyük bir dilemma qarşısında qalıb. Çünki o , hakimiyyətə gəldikdən sonra verdiyi heç bir vədi yerinə yetirə bilməyib. Nə xalqın çörək, nə iş, nə iqtisadi fəlakətlərə son qoyulması tələbini , nə ölkəni əhalinin həndəsi silsilə ilə tərk etməsi problemini həll edə bilib. Belə olan vəziyyətdə, o daxili auditoriyanı sakitləşdirmək üçün bu kimi işlərə əl atır”.

 

Elman Nəsirli Ermənistanın atdığı bu cür səhv addımların onu “dalan”a gətirdiyini bildirib. Qeyd edib ki,  Paşinyanın da bunu  dərk edir:

“Amma digər məsələ də odur ki, bu siyasət özü onu “dalan”a gətirib çıxarır. Bu siyasət dinc danışıqların alternativi ola biləcək müharibə versiyasını aktuallaşdırır və  ac-yalavac, blokada vəziyyətində olan, heç bir xarici investorun ölkəsinə investisiya qoymaq istəmədiyi bir Ermənistan belə bir müharibəyə, əlbəttə ki, hazır deyil.  Ona görə də bu gün onlar odla su arasında qalıblar. Bir yandan daxili sakitləşdirmək, digər yandan sülhdən danışmaq lazımdır. Eyni zamanda bilir ki, müharibə olsa, onlar üçün biabırçılıqla bitəcək. Bu gün Ermənistanın real vəziyyəti budur. Bir şey də bəlli olub ki, Ermənistan baş naziri, müdafiə naziri və xarici işlər nazirinin iştirakı ilə qapalı bir iclas da keçirilib. Həmin iclasda əsas məsələlərdən biri ABŞ-ın Ermənistan qarşı çox soyuq münasibətinin səbəb və motivləri ilə bağlıdır. Məlum olub ki, rəsmi Vaşinqton Ermənistanın  Rusiyanın qoltuğu altında Suriyadakı hərbi, humanitar missiyanı heç cür qəbul etmək istəmir və Ermənistanın bu hərəkəti  rəsmi Vaşinqtonu xeyli qıcıqlandırıb. Bütün bunlar üst-üstə gəldikdə, Paşinyan sözün həqiqi mənasında çox böyük dilemma qarşısında dayanıb və bir çox hallarda xaotik addımlar atır. Özü də dərk edir ki, bu, Ermənistanın əleyhinədir. Lakin hakimiyyəti qoruyub-saxlamaq istəyi və hakimiyyətdən devirdiyi Sarkisyanın taleyini yaşamaq qorxusu onu məcbur edir ki, populist bəyanatlar versin. Təxribatların da səbəbi elə əslində danışıqları istəməməklə bağlıdır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”