Paytaxt məktəblərində yeni dərs ilinə hazırlıq müzakirə olunub

11:57 06-09-2019 | icon 53 | Təhsil
Paytaxt məktəblərində yeni dərs ilinə hazırlıq müzakirə olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ilinin başlanması ilə əlaqədar Pedaqoji Şuraların iclasları və valideynlərlə görüşlər keçirilir.

 

İdarədən Versus.Az-a verilən məlumata görə, Pedaqoji Şuraların iclaslarında ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər təhlil edilir.

 

Eyni zamanda, növbəti tədris ilində qarşıda duran vəzifələr, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, şagirdlərin oxu, yazı və riyazi bacarıqları səviyyəsinin öyrənilməsi, İKT bacarıqlarının və rəqəmsal düşüncə tərzinin hazırkı durumunun təhlil edilməsi, tədqiqatçılıq bacarığının formalaşdırılması ilə bağlı məktəblilərin araşdırma tələb edən layihələrə cəlb olunması istiqamətində tədbirlərin təşkili və digər mövzular ətrafında müzakirələr aparılır.

 

Şura iclaslarında müəllimlərə 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumi təhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsinə dair müvafiq tövsiyə və tapşırıqlar verilir.

 

Bütün bunlarla yanaşı, ümumi təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, xüsusilə də inteqrasiya meyillərinin getdikcə gücləndiyi indiki dövrdə uşaq və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi ilə bağlı təhsil orqanları, məktəblərin pedaqoji kollektivləri qarşısında daha ciddi vəzifələrin durduğu və onların reallaşdırılması üçün təsirli tədbirlərin görülməsinin vacibliyi qeyd olunur.

 

Pedaqoji Şuraların iclaslarında təqaüdə çıxan müəllimlər təntənəli şəkildə yola salınır, gənc müəllimlər məktəb kollektivinə təqdim edilir.

Valideynlərlə keçirilən görüşlərdə qazanılan uğurlardan, məktəblilərin hərtərəfli inkişafı üçün ümumi təhsil müəssisələrində yaradılan şəraitdən, müəllim-şagird-valideyn münasibətlərinin daha sağlam ruhda qurulması məsələlərindən bəhs olunur.

 

Y.Nəbiyev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Qəbrin nurla dolsun şəhidim...

"Bu, islahat deyil, utancverici göstəricidir"

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik