Aviasiya Təhlükəsizliyi Sahəsində Koordinasiya Şurasının müşavirəsi keçirilib

14:15 06-09-2019 | icon 44 | Gündəm
Aviasiya Təhlükəsizliyi Sahəsində Koordinasiya Şurasının müşavirəsi keçirilib

Bakıda Dövlətlərarası Aviasiya Komitəsi ilə Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən Aviasiya Təhlükəsizliyi Sahəsində Koordinasiya Şurasının müşavirəsi keçirilib.

 

Versus.Az xəbər verir ki, müşavirədə 6 ölkənin nümayəndələri və 2 regional təşkilatın mütəxəssisləri iştirak edib. Azərbaycan Respublikası tədbirdə Dövlət Mülki Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsi və Hava Nəqliyyatında Baş Polis İdarəsinin nümayəndələri ilə təmsil olunub.

 

Tədbirdə “Aviasiya təhlükəsziliyinin təmini üzrə ICAO-nun Qlobal Planı” və bu istiqamətdə üzv dövlətlər tərəfindən tərtib ediləcək yol xəritəsi müzakirə edilib. Mülki aviasiyada terrorçuluğa qarşı mübarizə formaları haqqında ətraflı danışılıb.

Özbəkistan və Azərbaycan tərəflərinin müraciətlərinə əsasən, 2016-2019-cu illərdə ICAO tərəfindən audit keçirilmiş ölkələrin – Belarus, Qazaxıstan və Rusiya Federasiyasının nümayəndələri auditə hazırlıq, aşkar edilmiş nöqsanlar və onların aradan qaldırılması üzrə tövsiyə xarakterli geniş məlumat verib.

Azərbaycan Respublikasında aviasiya təhlükəsizliyinin təmini üzrə Dövlət Proqramının və yeni qaydaların layihələri, həmçinin ölkəmizin hava limanlarında Daxili İşlər Nazirliyinin struktur bölmələri ilə Aviasiya Təhlükəsizlik Baş İdarəsi arasında qarşılıqlı fəaliyyət və keçirilmiş birgə tədbirlər barədə ətraflı məlumat verilib.

 

Müşavirə iştirakçıları Heydər Əliyev Beynəlxalq Aeroportunun təhlükəsizlik sistemi ilə tanış olub, habelə Aviasiya Təhlükəsizliyi Baş İdarəsində sahələr üzrə müxtəlif görüşlər keçirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”