Prezident Konfrans iştirakçılarına müraciət ünvanlayıb

14:32 06-09-2019 | icon 27 | Siyasət
Prezident Konfrans iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclasının iştirakçılarına müraciət ünvanlayıb.

 

Müraciətdə deyilir:

"Sizi Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclasında ürəkdən salamlayıram.

Azərbaycan Respublikası beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. Müasir dünyada sülhə və sabitliyə yeni, daha təhlükəli təhdidlər yaranmaqdadır. Bu təhdidlərin vaxtında aşkarlanaraq qarşısının alınması bütün dövlətlərin milli maraqları və davamlı inkişafı baxımından son dərəcə vacibdir. Regional, hətta qlobal xarakterli təhlükələrin dəf edilməsi üçün dünya dövlətlərinin fəaliyyətinin əlaqələndirilməsi zəruridir.

 

Qardaş türkdilli dövlətlərlə əlaqələrin möhkəmlənməsi Azərbaycan üçün xüsusi önəm daşıyır. Müxtəlif formatlarda həyata keçirilən əməkdaşlığımız qarşıda duran bir çox məsələlərin həlli, o cümlədən regional təhlükəsizliyin təmin edilməsi, ekstremizm, terrorçuluq və separatçılıq, qeyri-qanuni miqrasiya, narkotik maddələrin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkar qrupların fəaliyyətinin qarşısının alınması istiqamətində səylərimizin birləşməsinə yönəlmişdir.

 

Dövlətlərimizin üzləşdiyi risk və təhdidlərlə mübarizədə xüsusi xidmət orqanları müstəsna rol oynayır. Bu mənada, Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının Konfransı ölkələrimizin təhlükəsizliyinin təmin edilməsi sahəsindəki fəaliyyətimizi əlaqələndirməyə və XXI əsrin çağırışlarına birlikdə cavab tapmağa imkan verən səmərəli vasitələrdən biridir.

 

Əminəm ki, bu iclas tərəfdaş qurumlar arasında təcrübə mübadiləsi və analitik-informasiya dəstəyi üçün əlverişli şərait yaradacaq və bununla da beynəlxalq təhlükəsizliyin təmin edilməsinə töhfə verəcəkdir.

Bir daha sizi Azərbaycanda salamlayır, işinizdə uğurlar arzulayıram".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT /VİDEO/

Müstəqilliyimizi rusa-erməniyə satan xainləri Fəxri Xiyabanda əzizləyirik

"Ayrı-seçkilik yaxşı deyil və gərək nəticəsinə də qatlanasan"

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

"Bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil"

"4-5 müxalifət sədrinin iştirakı iqtidar-müxalifət dialoqundan xəbər vermir" - /VİDEO/

6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

“Revmatik qızdırma ürəyi zəbt etmədən onu müalicə etmək lazımdır”

"Dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır"

AŞPA prezidenti və məruzəçinin səfərindən gözləntilər

“Avropa Birliyi yaxın gələcəkdə dağılacaq”

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

“Siyavuş Novruzov heç vaxt havadan söz söyləməz” - MÜSAHİBƏ

Türk Dünyası KİV-ləri Qənirə Paşayevadan yazdı

"İqtidarla əlaqəsi olan partiyanın böyük qərargahı olar"