Bağça və məktəblərdə qida rasionu ilə bağlı təkliflər hazırlanıb

12:37 09-09-2019 | icon 32 | Sağlamlıq
Bağça və məktəblərdə qida rasionu ilə bağlı təkliflər hazırlanıb

Səhiyyə Nazirliyi məktəbəqədər təhsil müəssisələri və orta məktəblərdə uşaqlar üçün qida rasionunun hansı formada olması ilə bağlı təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, təkliflər Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra AQTA həmin qidaların nə qədər təhlükəsiz olduğuna nəzarət edəcək:

"Biz tövsiyə üçün "yaşıl", "sarı" və "qırmızı" vərəqələr də hazırlamışıq. Bunları daha sonra ictimaiyyətə açıqlayacağıq. "Yaşıl" vərəqələrdə məktəbəqədər müəssisələrdə və orta məktəblərdə uşaqlar üçün hansı qidaların qəbuluna tamamilə icazə verilməli olduğu qeyd edilib. "Sarı" vərəqələrdə əksini tapan qidalar diqqətli olmağı tələb edən qidalardır. "Qırmızı" vərəqələrdəki qidalar isə uşaqların qida rasionundan tamamilə çıxarılmalıdır. Bu vərəqələrdə qeyd olunanlar Qida Təhlükəsizliyi Agentliyinin mövqeyidir".

 

Q.Təhməzli bildirib ki, AQTA tərəfindən ölkəmizdə fəaliyyət göstərən 1600-ə yaxın uşaq bağçasının 500-ündə qida təhlükəsizliyi üzrə monitorinqlər həyata keçirilib. Hazırda bağçalarda yoxlamalar davam edir:

 

"Yaxın zamanlarda bütün bağçalarda aparılan monitorinq barədə ictimaiyyətə məlumat verəcəyik. Hər il olduğu kimi bu il də Təhsil Nazirliyi ilə birlikdə bütün ümumtəhsil müəssisələrində qidalanma məsələlərinə birgə nəzarət edəcəyik və həmin müəssisələrdə qida təhlükəsizliyinin qorunmasını təmin edəcəyik".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Qəbrin nurla dolsun şəhidim...

"Bu, islahat deyil, utancverici göstəricidir"

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik