Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı /VİDEO/

13:57 09-09-2019 | icon 114 | Cəmiyyət
Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı /VİDEO/

Versus.Az Xəzər TV-yə istinadən xəbər verir ki, qardaşı Nicat Atakişiyev məzarı ziyarət edən zaman üzərində məktub olduğunu görüb. Məktubu oxuyanda çox təsirləndiyini deyən Nicat Atakişiyev orada yazılanları Xəzər Xəbərlə bölüşüb.

 

Mərhum hərbi pilot Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapılıb.

Şəhidin qardaşı Nicat Atakişiyev qardaşının məzarını ziyarət edərkən qəbrin üzərində məktub olduğunu görüb. Nicat Atakişiyev şəhidimizə olan sevgi və hörmətin əks olunduğu bu məktubu oxuyanda çox təsirləndiyini deyib.

 

“Tanıyan, tanımayan nə çox sevənin varmış komandir. Mən səni qəzaya düşməmişdən əvvəl tanımayanlardan biriyəm. Şəhid düşmə xəbərini aldığım anda bircə kəlmə deyə bilmədim.

Son nəfəsimə qədər səni anacam. Ruhun şad olsun!” deyə məktubda qeyd olunub.

 

Nicat Atakişiyev tapdığı məktubu sosial şəbəkələrdə də paylaşıb.

Xatırladaq ki, şəhid Rəşad Atakişiyevin idarə etdiyi hərbi təyyarə iyulun 24-də, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

AXCP sədr müavini: Dəyişən Rüstəm İbrahimbəyovun yerində Əli İnsanovun olmasıdır

“İstənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır”

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Əli İnsanovun onlarla birgə olması ilk öncə özünə təhqirdir"

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Ciyər xərçənginin ilkin əlamətləri açıqlandı

Qadının ən gizli orqanının sirri açıldı

Sevindik Nəsiboğlu görkəmli şərqşünasın 80 illiyinə şeir həsr etdi

Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ