AŞPA məruzəçisi REAL sədrilə görüşüb

14:01 09-09-2019 | icon 34 | Siyasət
AŞPA məruzəçisi REAL sədrilə görüşüb

İlqar Məmmədov: "Müəyyən irəliləyiş mümkündür və ondan böyüyünə doğru çalışmalıyıq"

 

REAL partiyasının sədri İlqar Məmmədovla AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Thorhildur Sunna Ævarsdóttir ilə görüşü olub. Bu barədə İ.Məmmədov özü bildirib.

 

Partiya sədri məruzəçinin hazırlayacağı hesabatla bağlı geniş söhbət etdiklərini diqqətə çatdırır:

“Yanvarda (2020-ci ilin yanvar ayı nəzərdə tutulur-red) təqdim edəcəyi hesabatına qədər bütün siyasi məhbusların azad edilməsi məncə inandırıcı görünmür, amma bu ilin təcrübəsi göstərdi ki, müəyyən irəliləyiş mümkündür və ondan böyüyünə doğru çalışmalıyıq”.

 

İ.Məmmədova görə, bunun üçün siyasi məhbus prinsipi tam təmin olunmalı, Avropa məhkəməsinin qərarları tam icra olunmalıdır və bunun üçün siyasi partiyaların, sivil toplumun və beynəlxalq qurumların sərəncamında olan bütün alətlərin öz yeri var.

 

Xatırladaq ki, AŞPA’nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Thorhildur Sunna Evarsdóttir sentybarın 5-dən Bakıya səfərə gəlib. Səfər çərçivəsində Ai Məhkmə, Ədliyyə nazirliyi təmsilçiləri, hüquq müdafiəçiləri ilə görüşlər keçirdi. (Turan)

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT /VİDEO/

Müstəqilliyimizi rusa-erməniyə satan xainləri Fəxri Xiyabanda əzizləyirik

"Ayrı-seçkilik yaxşı deyil və gərək nəticəsinə də qatlanasan"

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

"Bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil"

"4-5 müxalifət sədrinin iştirakı iqtidar-müxalifət dialoqundan xəbər vermir" - /VİDEO/

6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

“Revmatik qızdırma ürəyi zəbt etmədən onu müalicə etmək lazımdır”

"Dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır"

AŞPA prezidenti və məruzəçinin səfərindən gözləntilər

“Avropa Birliyi yaxın gələcəkdə dağılacaq”

“Siyavuş Novruzov heç vaxt havadan söz söyləməz” - MÜSAHİBƏ

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

Türk Dünyası KİV-ləri Qənirə Paşayevadan yazdı

"İqtidarla əlaqəsi olan partiyanın böyük qərargahı olar"