Kənd təsərrüfatı məhsulları bahalaşıb

23:46 09-09-2019 | icon 59 | Sosial
Kənd təsərrüfatı məhsulları bahalaşıb

Ötən 3 ayla müqayisədə  hazırda bazarlarda bəzi kənd təsərrüfatı məhsullarının ən baha satıldığı dövr yaşanır. Həm sentyabr ayının 1-dən etibarən əmək haqlarının, o cümlədən minimum əmək haqqı məbləğinin artacağı ilə bağlı informasiyaların bazara təsirləri, həm də son iki gündə hava şəraitinin yağıntılı keçməsi qiymət artımına səbəb olub. 

 

“Yeni Müsavat”ın müxbiri paytaxtın həm topdan və həm də pərakəndə satış həyata keçirilən ən böyük bazarlarından birinə, “8-ci kilometr” bazarına baş çəkib. Bazarda ən çox qiymət artımı pomidor, xiyar və badımcanın qiymətində müşahidə olunur. Satıcılar son iki gündə topdansatışda bahalaşma olduğunu bildirib, bunu hava şəraiti ilə əlaqələndirdilər. Hazırda bazarda Bakının məşhur Zirə pomidoru 2 manata satılır. Xaçmaz pomidorunun kiloqramı isə 80 qəpik-1 manat arasında dəyişir. Xiyarın kiloqramı növlərindən asılı olaraq 70 qəpiklə 1.20 manat arasında dəyişir. Badımcanın kiloqramı 1 manata yüksəlib. Halbuki ötən həftə, pomidor 40-50 qəpiyə, xiyar 60 qəpiyə, badımcan isə 50 qəpiyə satılırdı. Digər tərəvəzlərdən kartof 90 qəpik-1 manat, soğan 60 qəpiyə, kök 1.50 manata, qabaq 70 qəpiyə, kələmin kiloqramı 70 qəpiyə satılır. Ən çox tələbat olan bibərlərə gəlincə, yaşıl bibərin kiloqramı 1 manata, acı bibər 60 qəpiyə, qırmızı şirin bibər sortu isə 1.50 manata satılır. Artıq bazarda göbələyə də daha çox rast gəlmək olar, kiloqramı 1.20-1.50 manatdan satılır. Yaşıl lobyanın kiloqramı isə 2 manatdır və bu yay demək olar ki, bu qiymətdən aşağı düşmədi. Sarımsağın bəzi növlərinin kiloqramı 2 manata , bəzilərinin isə 3-4 ədədi 1 manata satılır. Turşu ,şoraba hazırlığı ilə bağlı tələbat artdığından sarımsağın dəyəri bir qədər artıb. 

 

Meyvələrdən ən çox bolluq üzümdə müşahidə olunur, kiloqramı 1-1.50 manat arasında satılır. Təzə almanın kiloqramı 50-60 qəpiyədir, armudun qiymət isə 1-2 manatdır, zoğal 1.20-1.50 manat arasında, narın  nübarı 1.50 manata, heyva 2 manata, nektarın 1.30-1.50, şaftalı 2 manata, ərik 2 manata satılır. Banın kiloqramı 2.20 manata, gavalı 1 manata, limonun 3-4 ədədi 1 manatadır. 

 

Quru meyvələrdən badam ləpəsi 24 manat, qoz ləpəsi 14-17 manat, antep fıstığı 26 manat, kişmiş 6-14 manat arası, qara kişmiş 7-15 manat arası, İran xurması 6-7 manatadır.  Qərzəkli qozun kiloqramı 6-8 manat arasında dəyişir. Şəki və Naxçıvan qozu bir qədər bahalıdır. Meşədən yığılan moruğun 2.5 kiloqramlıq vedrəsi 10 manata satılır. Bu dövrdə moruqdan mürəbbə hazırlanır ki, qışda müxtəlif xəstəliklərdə dərman kimi istifadə olunur. Sarı əncirin 1 kiloqramı isə 2 manatdır. Bu da qış hazırlıqlarında mürəbbənin əsas xammalıdır deyə tələbat yüksəkdir. 

 

Qiymət artımına münasibət bildirən , kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli “Yeni Müsavat”a açıqlamasında qiymət artımına iki əsas faktorun səbəb olduğunu bildirdi:

“Son günlər mən də bölgələrdə olmuşam, çox kəskin yağışlar yağır və bir neçə gündür davam edir. Hər zaman belə olub ki, bir damla yağış yağan kimi qiymət bahalaşır. Çünki sahələrə girmək mümkün olmur, yağış dəyən məhsulu yığmaq olmur. Çünki partlayır və yararsız hala gəlir. Mən 2-9 sentyabr aralığındakı bazar qiymətlərinə nəzər saldım və burada bahalaşma o qədər də hiss olunmur, ciddi dəyişiklik yoxdur”. 

 

Ekspertin sözlərinə görə,  maaşların artması ilə bağlı iki həftədir öncədən ajiotaj yaradıldı ki, sentyabr gələn kimi qiymətlər artacaq:

“Çoxları da məhz bu ajiotajdan məharətlə istifadə edir. Elə soğan məsələsində də belə oldu, ölkədə soğan bol olduğu halda qiyməti bahalaşdı. Biz statistika ilə işləyirik, qiymətləri bununla dəyərləndiririk. Hazırda ölkədə üzüm çox boldur, 167 min ton üzüm istehsalı gözlənilir. Sahədə üzümün qiyməti 25 qəpikdir, bazarda isə 1 manata satılır. Yoldakı 75 qəpiklik bahalaşmanın səbəblərini biz axtarıb tapa bilmirik. Azərbaycan elə ölkədir ki, istənilən rayondan Bakıya 3-4 saatlıq yoldur, 4 saatda 3-4 dəfə bahalaşma necə mümkün olur. Bütün yol xərclərini, gəlir marjasını da əlavə etsək bu qiymət alınmamalı idi. Yəni məhsul boldur, sadəcə bazara gətirilmə mərhələsində qiymət bu cür formalaşdırılır. Zəncirin bu həlqəsini biz görmürük. Bu cür öncədən gələn ajiotajlar da rol oynayır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

"Bu, islahat deyil, utancverici göstəricidir"

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik