İsmayıllıda Yaşıl Ticarət Mərkəzi açılıb

14:02 10-09-2019 | icon 58 | İqtisadiyyat
İsmayıllıda Yaşıl Ticarət Mərkəzi açılıb

İsmayıllı şəhərində “İsgəndər ASA Holdinq Şirkətlər Qrupu” MMC-nin nəzdində yeni fəaliyyətə başlayan Yaşıl Ticarət Mərkəzi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların, sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şəraitin bariz nümunəsidir. Ticarət mərkəzi 5 hektar ərazini əhatə edir. Ərazinin 3 hektarı kənd təsərrüfatı və sənaye mallarının satış bazarından ibarətdir. Burada, habelə tikinti materiallarının satış bazarı, avtomobillər üçün 2 dayanacaq, namaz otağı, 22 yerlik otel, 3 yeməkxana və ilkin tibbi xidmət otağı da var.

 

Versus.Az xəbər verir ki, sentyabrın 6-da İsmayıllıda Yaşıl Ticarət Mərkəzinin açılış mərasimi keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ölkəmizin davamlı iqtisadi inkişafından söz açıb, yeni ticarət mərkəzində əhaliyə xidmətin yüksək səviyyədə təşkil olunduğunu söyləyib. O, ticarət mərkəzinin daim qonaq-qaralı olan İsmayıllıda küçə ticarətinin yığışmasına təsir göstərəcəyini qeyd edib.

 

Mərasimdə çıxış edən “İsgəndər ASA Holdinq Şirkətlər Qrupu” MMC-nin vitse-prezidenti Zərifə Quliyeva Yaşıl Ticarət Mərkəzinin əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün yaradıldığını bildirib. Natiq bu gün Azərbaycanda Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən sosial layihələrdən, insanların həyat səviyyəsinin gündən-günə yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. MMC-nin vitse-prezidenti minimum əməkhaqqının, pensiyaların, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən digər kateqoriyadan olan işçilərin əməkhaqlarının artırılmasının ölkəmizdə insana göstərilən qayğının nümunəsi olduğunu vurğulayıb.

 

Zərifə Quliyeva ticarət mərkəzində xidmətin yüksək səviyyədə təşkili edildiyini, insanların rahatlığı üçün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdıraraq vurğulayıb ki, yaşlı və xəstə insanlar mərkəzdə elektron xidmətdən yararlana biləcəklər. Belə ki, sifariş verdikləri məhsullar onlara evlərində çatdırılacaq, daşınma pulsuz həyata keçiriləcək. Ayrılan 3 avtobus vasitəsilə şəhərin müxtəlif istiqamətlərindən ticarət mərkəzinə gəliş-gediş pulsuz həyata keçiriləcək. Bazar günləri müxtəlif istiqamətlərdən kənd sakinləri də bu cür xidmətlərdən yararlana biləcəklər.

 

MMC-nin vitse-prezidenti bildirib ki, hazırda ticarət mərkəzində 400-dən çox işçi çalışır. Yaxın günlərdə daha 60 nəfərin də işə götürülməsi gözlənilir. Burada vətəndaşlara, eləcə də sahibkarlara kənd təsərrüfatı və tikinti sahələrində ucuz və keyfiyyətli xidmət üçün müxtəlif adda xeyli texnika cəmlənib. İlin bütün fəsillərində sifarişlər qəbul edilir.

 

Açılış mərasimində AMEA-nın şöbə müdiri, professor Rəna Mirzəzadə, Azərbaycan Qadın Sahibkarlar Assosiasiyasının sədri Səkinə Babayeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev çıxış edərək mərkəzin kollektivini, eləcə də rayon sakinlərini təbrik edib, Azərbaycanın davamlı inkişaf yolunda olduğunu, insanlara xidmətin səviyyəsinin gündən-günə yaxşılaşdığını vurğulayıblar.

 

Sonda musiqiçilərin ifasında rəngarəng konsert proqramı verilib.

 

Qeyd edək ki, Yaşıl Ticarət Mərkəzində kənd təsərrüfatı məhsulları digər ticarət obyektlərindən 30-40 faiz, ət məhsulları 10-20 faiz, geyim əşyaları 30 faiz, məktəb ləvazimatları isə 40 faiz ucuz satılır. İdarəetmədə satış qiymətlərinə, habelə sanitar-gigiyenik qaydalara ciddi nəzarət mexanizmi qurulub. Ət kəsmi sexləri və məhsulların saxlanılması qida təhlükəsizliyi qaydalarına tam uyğundur. Hazırda 70 tonluq soyuducu istifadədədir. Əlavə olaraq 2 min tonluq soyuducunun da qurulması nəzərdə tutulur. /AZƏRTAC/

 

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”