Elektrikin kəsilməsi artıq Bakı metrosuna təsir etməyəcək

08:05 13-09-2019 | icon 20 | Sosial
Elektrikin kəsilməsi artıq Bakı metrosuna təsir etməyəcək

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyasının alternativ enerji ilə təmin edilməsi üçün yaratdığı dizel elektrik stansiyalarında tamamlanma işləri görülür.

 

Versus.Az xəbər verir ki "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib.

 

Onun sözlərinə görə, artıq bununla bağlı "Azərişıq" ASC-nin 10 yarımstansiyasında 12 ədəd 2.5 MVt, 4 ədəd 2 MVt və 1 ədəd 1 MVt gücündə dizel-generator quraşdırılıb:

"Generatorlar "Rolls-Royse Power Systems AG-nin MTU" GmbH şirkətindən alınıb. Artıq stansiyalar demək olar ki, istifadəyə tam hazırdır. Generatorların sazlanması işləri də yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda stansiyalar mərkəzləşdirilmiş idarəetməyə qoşulacaq və istifadəyə veriləcək. Deyə bilərəm ki, artıq baş verə biləcək fövqəladə hallarda elektrik enerjisi ilə bağlı "Bakı Metropoliteni" QSC-də heç bir problem yaranmayacaq. Əgər belə bir hadiisə baş verərsə, həmin dizel stansiyaları avtomatik olaraq qoşulacaq".

 

H.Məmmədov bildirib ki, hazırda iki stansiyası istismarda olan Bənövşəyi xəttin 3-cü stansiyası (B-3) ilə yanaşı, tikinti ərazisində gücü 16 MVA olan dizel-generator stansiyası inşa edilir. Bu dizel-generator stansiyası qatarların tunellərdən stansiyaya çıxarılmasını, stansiya, tunel və vaqonların işıqlandırılmasını, ventilyatorların, eskalator, lift və travolatorların, suxaric qurğularının, ümumiyyətlə, yeni xəttin ilk 3 stansiyasının infrastrukturunu tələb olunan enerji ilə təmin edəcək:

 

"Layihəyə uyğun olaraq, bu xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kV-luq iki yarımstansiyada qurulacaq dizel-generator stansiyalar xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyaclarını təmin edəcək. Gələcəkdə tikiləcək bütün yeni xətlər də, eyni qayda ilə ehtiyat enerji qida mənbələri ilə təchiz olunacaq".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”