...cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir

15:27 13-09-2019 | icon 23 | Geopolitika
...cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər. Bu təxribatlara ad verilməlidir”.

 

Versus.Az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, heç bir xalq silah gücü ilə digər xalqın müqəddəratını təyin edə bilməz: “Torpaqlarımızın işğalı bütün dünyaya bəllidir. Eyni zamanda bütün beynəlxalq təşkilatlar mövqelərini bildirib ki, Azərbaycanın Dağlıq Qarabağda yaşayan əhalisinə qarşı etnik təmizləmə siyasəti həyata keçirilib və hazırda Dağlıq Qarabağda heç bir azərbaycanlı yaşamır".

R. Rzayev əlavə edib ki, hazırda qaçqın və məcburi köçkünlər Azərbaycanın 59 şəhər və rayonunda məskunlaşıb: “Belə olan halda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir. Biz bunu pisləyirik və ATƏT-in Minsk Qrupunun həmsədrləri olan dövlətlərdən buna mövqe bildirməsini gözləyirik".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”