AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

14:24 18-09-2019 | icon 696 | Siyasət
AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev “Azərbaycan TV” internet televiziyasında son günlərin siyasi gündəmini dəyərləndirib.

 

Versus.Az xəbər verir ki, AXCP sədri ilk olaraq iqtidar-müxalifət dialoquna münasibət bildirib. R.Nurullayev bu cür tədbirləri dəstəklədiyini deyib:

“İqtidarla-müxalifətin münasibətlərinin yaxşılaşması, dialoq mühitinin yaranması Azərbaycan xalqının, dövlətçiliyinin xeyrinədir. Bu baxımdan, belə dialoqun keçirilməsinə müsbət yanaşıram. Partiya olaraq hər zaman Azərbaycanda dialoq mühitinin vacib olduğunu qeyd etmişik. Azərbaycan siyasi mədəniyyəti formalaşdıran tədbirlərin keçirilməsi çox vacibdir. Düşünürəm ki, Azərbaycan xalqının da gözləntisi siyasətdə normal münasibətlərin formalaşmasıdır. Azərbaycan dövlətçiliyinə gələn təhlükələrin qarşısının alınması əsas məsələdir. Hər zaman vurğulamışıq ki, bu təhlükənin qarşısı alınmalıdır. Biz müstəqilik, bunu qoruyub, saxlamaq lazımdır. Görmüsünüz ki, Fransada, ABŞ-da, İngiltərədə, Almaniyada “Müstəqilliyimizi qoruyaq” desinlər? Yox, çünki onlar üçün bu təhlükə yoxdur, onlar artıq oturuşmuş dövlətdir. Azərbaycan dövlətçiliyini qursa da, müstəqilliyini yaratsa da, hələ də bu təhlükələr qalmaqda davam edir. Azərbaycan xalqı, iqtidarı, siyasətçiləri qorxur ki, xaricdən gələn hər hansı bir təhlükə ilə müstəqilliyimizi itirə bilərik. Bu qorxu məndə də var. Bu cəhətdən, bütün dünyada gördüyümüz siyasəti apara, eyni siyasəti Azərbaycan iqtidarından da tələb edə bilmirik. Azərbaycanın dövlətçiliyi, müstəqilliyi hələ də təhlükə altında ola bilər. Hər zaman xaricdən gələn belə təhlükələr var. Bu baxımdan, belə dialoqları dəstəkləyirəm, amma istərdim ki, siyasətçilər arasında ayrı-seçkilik qoyulmasın. Mövqeyindən asılı olmayaraq bütün siyasətçilər bu cür tədbirlərə dəvət olunsun. Çox hörmət etdiyim Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı məni də dəvət etməyi “unudub”. Azərbaycanda sıradan bir siyasətçi deyiləm. Ən azından, 1 il əvvəl Azərbaycanda Prezident seçkilərində iştirak etmiş siyasətçiyəm. Bu cür “unutma”lar təbii ki, mənim tərəfimdən yaxşı qarşılana bilməzdi”. 

 

AXCP sədrinin sözlərinə görə, sivil siyasi mədəniyyət nümayiş etdirə bilməyən siyasətçi və partiya xalqın da maraqlarını təmsil etməyə layiq deyil: 

“Bunu edə bilməz. Əgər bu gün hakimiyyətin keçmişdə siyasi mədəniyyət baxımından, eləcə də opponentlərinə qarşı yanaşmada yanlışlıqları olubsa, indu buna görə onları təhqir edə, hakimiyyət eşalonunda dayanan, dövlətin simvolu olan Prezidenti və Birinci vitse-prezidentinə qarşı “səlib yürüşü” edə bilmərik. Bunu etməklə həm dövləti dünya miqyasında biabır etmiş, həm də dövlətçiliyə əl uzatmış olursan. Bu gün Azərbaycanın Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyevadır. Bu faktı dəyişə bilmərik. Bu şəxslərlə dünya liderləri görüşür, söhbətlər aparır. Əgər dövlətin eşalonunda dayanan idarəedicilərə bu cür təhqirlərə yol verilirsə, bu, dövləti cinayətdir. Bu, o deməkdir ki, həmin adamlar hakimiyyətə gələrsə, siyasətlərinin bir istiqaməti də aşağılama, təhqir olacaq. Əslində, bununla siyasətçi öz xalqına simasını göstərir”.

 

Razi Nurullayev hesab edir ki, Əli Kərimlidə dialoq mədəniyyəti yoxdur: 

“Məsələn, Əli Kərimliyə sual versəniz ki, “Qarabağı necə azad etməyin tərəfdarısınız, sülh, yoxsa müharibə yolu ilə?”, o, bu sualı bir kənara qoyub kimisə təhqir etməyə başlayacaq. Niyə hər bir məsələdə Əli Kərimlinin adı keçməlidir? Azərbaycanda kifayət qədər vətənini, torpağını sevən, siyasi mədəniyyət ortaya qoyan siyasətçilər var. Onlarla siyasi dialoq qurula bilməzmi? Mütləq Əli Kərimli iştirak etməlidir? Məgər Əli Kərimlinin həmin dialoqu tanıyıb-tanımaması ilə bağlı problemimizmi var? Amma hakimiyyət nümayəndələri niyəsə bu statusu “nimçədə” Əli Kərimliyə təqdim edir. Əgər Əli Kərimliyə bu cür imtiyazlar verilirsə, onun iştirak etmədiyi dialoq dialoq hesab edilmirsə, bunu doğru saymıram. Onda gərək iqtidar Müxalifət Nazirliyi yaratsın, Əli Kərimlini də Müxalifət naziri təyin etsinlər. Onsuz da onun istəyi elə müxalifətdə birinci olmaqdır. Əli Kərimli heç vaxt iqtidarda birinci olmaq iddiasında olmayıb, müxalifətdə birinci olmaq yolunu seçib. Ona görə də müxalifətdə ona rəqib ola biləcək insanları sıradan çıxarmaqdan iyrənməyib. Onları sıradan çıxarmaq üçün trol dəstəsi, özünə 20-30 profil yaradıb insanları söyüş atəşinə tutub. Onun istədiyi budur, istədiyini də ona verək. Amma Azərbaycan dövlətçiliyi, xalqın rifahı olan yerdə, Əli Kərimlinin olması vacib deyil. Əli Kərimli unudulmalı və sağlam düşüncəli siyasətçilərlə dialoq aparılmalıdır. Əli Kərimli Azərbaycan xalqının maraqlarını təmsil edə bilməz. Çünki hazırda onun içində qisasçılıq hissi var”. 

 

AXCP sədri qeyd edib ki, Əli Kərimlinin içində daxili diktatura var:

“Sözünün üzərinə söz deyilməsinə dözümü olmayan insandır. Hər kəsi öz iradəsinə tabe etməyi sevir. Kimsə onun iradəsinə tabe olmursa, birmənalı olaraq onu, bu və ya digər formada sıradan çıxarır. Əli Kərimlinin “Facebook”da ilk “qaranquşu” Rauf Arifoğlu olub. Hətta o zaman Rauf Arifoğlunu müdafiə etdim və partiyada mənə töhmət verildi, partiya sıralarından çıxarılmaqla hədələdilər. Sonrakı mərhələdə ən böyük miqyasda trol sürüsü yaratdı və savadı olmayan, kitab oxumayan, ancaq söyüş söyməyi bacaranları o dəstəyə yığdı. Bunu isə mənim üzərində sınadılar. Elə gün olurdu ki, mənim ünvanıma 1000-1500 söyüş yazılırdı. Hətta bütün ailəmi, nəslimin-kökümün adını öyrənib bir-bir təhqir edirdilər. O zaman çox müraciətlər etdim, amma hakimiyyət də bunun qarşısını ala bilmədi. Gərək o zaman bu məsələlərə daha ciddi yanaşılardı. Bu gün də düşünürəm ki, sosial şəbəkələrdə təhqir yazan insanlar bu və ya digər formada cəzalandırılmalıdır. Bununla bağlı xüsusi qərara ehtiyac var”. 

 

Radikal mühacirlərin, youtuberlərin dövlət adamlarını, siyasətçiləri təhqir etməsinə də toxunan Razi Nurullayev bunu “çox yaramaz fəaliyyət” adlandırıb: 

“Nəinki dövlət adamı, sadə bir insanı belə təhqir etmək yolverilməzdir. Buna yol verənlər düşünməlidir ki, kimisə ağır formada təhqir edirsə, bu sözləri ona desələr, götürə bilər? Əgər söyüş söyən insan düşünürsə ki, bunu qəbul edər, deməli, onun namusu yoxdur. Qanunların olmadığı zamanlar insanlar bunun cəzasını qanı ilə ödəyib. Amma indi sivil ölkədə yaşayırıq. Ona görə də bir çox insanlar içində boğulur, səsini çıxara bilmir. Gözləyir ki, qanun və dövlət onu bu təhqirlərdən qorusun. Amma dövlətin başında dayanan insan da ən ağır təhqirlərə məruz qalır. Xaricdə yaşayan, “YouTube” üzərindən Azərbaycan dövlətini, Prezidentini və onun ailəsini təhqir edənlər bilsin ki, bu, yaramaz siyasətdir, Azərbaycana işıqlı heç nə vəd edə bilməz və xalq onları dəstəkləməz. O insanlar sıradan çıxmış, mədəniyyətdən kənar, simasını itirmişlərdir ki, söyüş söyürlər. Söyüş söyən, təhqir edən insanın cəzası olmalıdır. Onlar xarici ölkələrdə oturub təhqirlər yağdırırlarsa, deməli bitmiş insanlardır”. 

 

AXCP sədri Milli Şuranın mitinqlə bağlı qərarına da toxunub:

“Normal cəmiyyətin meyarlarından biri də cəmiyyətdə iqtidar və müxalifətin olmasıdır. Bu baxımdan, müxalifət mitinq, kütləvi tədbirlər keçirib sözünü deyə bilər. Mitinq üçün müraciətlərin əleyhinə deyiləm.  Amma bunun üçün şərt irəli sürmək olmaz. Bunu elə şəkildə etmək lazımdır ki, digər siyasi təşkilatlar və xalq orada başqa maraq görməsin. Mitinqlərdə xalqın maraqlarını müdafiə etmək lazımdır. Yoxsa, hər bir vəziyyətdən istifadə edərək özünə divident qazanmaq, hər şeyi öz adına bağlamaq yolverilməzdir”. /cebhe.info/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR