Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

14:25 22-04-2024 | icon 311 | Təhsil
Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Bu gün, aprelin 22-də Xocavənd rayon 4 nömrəli tam orta məktəbinin şagirdləri tərəfindən Birinci Qarabağ müharibəsi şəhidi Nəsirov Fuad Məhərrəm oğlunun şəhadətinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş əziz şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlər şəhid Fuad Nəsirovun həyatı, döyüş yolu haqqında məlumatlar verərək vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

 

Eyni zamanda tədbirdə şagirdlər “Kredo” qəzetində Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbinin şagirdi, şair-publisist Sevindik Nəsiboğlunun şəhidimizə həsr etdiyi “Qəlbi vətən eşqi ilə çırpınan qəhrəman” adlı məqaləsinin çap edilmiş nüsxələri ilə tanış olublar.

 

Məktəbin 4-cü sinif şagirdləri - Nəsirov Fuad, Quliyeva Sevda, Hacıyeva Mədinə, Qurbanlı Səma, Bəhrəmli Əfşan, Hüseynli Tunar, Rəhmanlı Tehran və başqaları tədbirdə fəal iştirak ediblər.

 

Qeyd edək ki, anım tədbiri məktəb rəhbərliyi və məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Ləman Cəfərova tərəfindən təşkil olunub.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daima qəlbimizdə yaşayacaqdır!

 

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?