Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

07:58 29-04-2024 | icon 310 | Siyasət
Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Kamilə Əliyeva: "İqtisadi əlaqələr müsbət dinamikada inkişaf edir"

 

"Prezident cənab İlham Əliyev ADA Universitetində keçirilən "COP-29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxış etdi və 30 ölkənin beyin mərkəzlərini təmsil edən 64 nümayəndənin suallarını 3 saatdan çox müddətdə səmimi və faktlara əsaslanaraq cavablandırdı".

 


Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva bildirib.

 

Deputat qeyd edib ki, COP-29-un Azərbaycanda keçirilməsinə dünya dövlətlərinin yekdilliklə səs verməsi ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsidir:

 

"Azərbaycan dünyada baş verən iqlim dəyişikliyinə qarşı, dünyanın yaşıl enerjiyə keçidi ilə əlaqədar çox önəmli işlər görür, yaşıl enerji istehsalı sahəsində böyük layihələr icra edib və bu istiqamətdə işləri davam etdirir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yaşıl zona elan edilmişdir. Bu ərazilərimizin şəhər və kəndləri ağıllı şəhər və ağıllı kənd prinsipləri əsasında yenidən qurulur. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq təşkilatlara üzvlük məsələsində həmişə Azərbaycan dövlətinin və xalqının milli maraqlarına uyğun siyasət həyata keçirir. Avrasiya İqtisadi İttifaqına Azərbaycanın üzvlük məsələsinə dair verilən suala ölkə başçımız öz münasibətini bildirdi. Ermənistan istisna olmaqla bu təşkilata üzv dövlətlərlə, Azərbaycanın sıx iqtisadi əməkdaşlıq əlaqələri mövcuddur. Bu gün Azərbaycan, iqtisadiyyatı sürətlə inkişaf edən dövlətlər sırasındadır. Azərbaycan dünyada az saylı dövlətlərdəndir ki, iqtisadi cəhətdən özünü tam təmin etmək gücündədir. Bu səbəbdən Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsi real görünmür. Gələcəkdə iqtisadi baxımdan bu təşkilatla əlaqələrin qurulması və üzvlük məsələsinə baxıla bilər. Hal hazırki qiymətləndirməyə əsasən təşkilata üzv dövlətlərlə ikitərəfli əlaqələrin qurulmasına üstünlük verilir".

 


Ölkəmizin bir sıra Avropa dövlətləri ilə strateji tərəfdaşlıq haqqında saziş imzaladığına diqqət çəkən KşIliyeva bir qism dövlətlərlə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğuladı:

 

"Son dövrlər Azərbaycan-Almaniya əlaqələri yeni mərhələyə qədəm qoyub. Prezident cənab İlham Əliyevin 2024-cü il mart ayında Almaniyaya səfəri və bu ölkənin Kansleri ilə görüşü ölkələrimiz arasında münasibətlərə müsbət təsir göstərmişdir. Alman İqtisadiyatının Şərq Komitəsinin üzvlərinin Azərbaycana səfər etməsi və Prezident cənab İlham Əliyevin qəbulunda olmaları bu ölkənin iş adamlarının ölkəmizə böyük maraq göstərməsindən xəbər verir. Hal hazırda Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələr müsbət dinamikada inkişaf edir.
Prezident cənab İlham Əliyev Azərbaycanla Ermənistan arasında mövcud vəziyyət, Azərbaycanla Çin dövləti arasında əməkdaşlıq, eləcə də yaxın Şərq regionunda baş verən vəziyyətlə bağlı sualları da cavablandırdı və fikirlərini bildirdi. Son vaxtlar Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunması istiqamətində müsbət addımlar nəzərə çarpmaqdadır. Lakin bəzi Qərb dövlətləri bölgədə sülhün yaranmasına böyük maniyələr törədirlər. Ermənistanı silahlandırmaqla bu ölkədəki revanşist qüvvələri fəallaşdırmağa çalışırlar. Ermənistan rəhbərliyi yaranmış reallığı qəbul etmək niyyətində olduqları sezilsə də bu qüvvələr hələ də təxribat törətməyə cəhd göstərirlər.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib və digər ölkələrin də ərazi bütövlüyünə hörmətlə yanaşmağı və sərhədlərin toxunulmaz olmasını dəstəkləyir. Çin dövləti də Azərbaycanın suverenliyini hər zaman dəstəklədiyini bildirib. Azərbaycan da öz növbəsində Tayvanda keçirilən seçkiləri qınayan bəyanatla çıxış etmişdir və ölkəmizin "Vahid Çin" siyasəti Çin dövlətinin rəhbərliyi və ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır. Azərbaycan dövləti Fələstin dövlətinin də yaradılmasını dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatında da ölkəmiz bu mövqeyindən çıxış etmişdir.
Prezident cənab İlham Əliyev ölkəmizlə bağlı və beynəlxalq aləmdə baş verən siyasi proseslərə də öz münasibətini bildirdi. Görüşdən sonra dünyanın beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri Prezident cənab İlham Əliyevin güclü siyasətçi, mahir diplomat, eləcə də dərin zəkaya malik bir dövlət başçısı və lider olduğunu vurğuladılar".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Əfsanəvi telefonun yeni VERSİYASI

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT