Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

09:41 27-04-2024 | icon 250 | Siyasət
Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Haaqa Beynəlxalq Ədalət Məhkəməsində (Niderland) Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddia çərçivəsində irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı açıq dinləmələr başa çatıb.

 

Versus.Az bildirir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin saytında məlumat verilib.

 

Məlumata görə, məhkəmənin ilkin etirazlarla bağlı qərarı açıq iclasda çıxarılacaq və onun vaxtı müəyyənləşdikdən sonra elan ediləcək.

 

Azərbaycan öz arqumentlərində məhkəməyə müraciət edərək Ermənistanın 24 aprel 2024-cü il tarixli yekun təqdimatında irəli sürdüyü ilkin etirazların hər birinin məhkəmənin yurisdiksiyasına və ya Azərbaycan tələblərinin məqbul olmasına əsaslı etiraz olmadığı əsasda rədd edilməsini xahiş edib.

 

Alternativ olaraq, Azərbaycan məhkəmədən bu ilkin etirazların hər birinin işin mahiyyətinə uyğun olan məsələləri qaldırdığını əsas gətirərək rədd etməyi xahiş edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Dolların qiyməti ilə bağlı QƏRAR

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün