Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

12:23 29-04-2024 | icon 322 | Siyasət
Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

Könül İsmayılova: “Bu, Qarabağ və Şərqi Zəngəzura investisiya cəlb edilə biləcək mesajı idi”

 

“Prezident İlham Əliyevin Almaniyaya Füzuli şəhərindən işgüzar səfər etdi. Bununla da Qarabağ və Şərqi Zəngəzurun təhlükəsiz olduğunun, bu ərazilərə investisiya cəlb edilə biləcəyinin mesajını vermiş oldu”.

 

Versus.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin Almaniyada mətbuat konfransındakı çıxışı ilə əlaqədar açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

Rəsmi Bakının işğaldan azad edilən ərazilərə investisiya, xarici şirkətlərin cəlb edilməsinə dair iqtisadi konsepsiyasının mövcudluğunu vurğulayan K.İsmayılova qeyd edib ki, ölkənin birinci şəxsinin xarici ölkəyə səfərini bu ərazidən etməsi təhlükəsizlik baxımdan ən böyük qarant hesab edilə bilər:

 

“Cənab Prezidentin  Almaniyaya səfəri bu baxımdan diqqət çəkir. Yəni Prezident ilk dəfədir işğaldan azad edilmiş Qarabağdan hansısa bir ölkəyə səfər edir. Onu da nəzərə almaq lazımdır ki, bu məqam diqqət çəksə də, əslində verilən əsas mesaj başqadır”.

 

Diqqəti işağaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında gedən sürətli yenidənqurma və bərpa prosesinə çəkən K.İsmayılova qeyd edib ki, artıq əraziyə xarici ölkə başçıları, rəsmilər, ekspertlər, media nümayəndələri səfər edir:

 

“Azərbaycan Prezidenti nəyə görə Almaniyaya işgüzar səfəri məhz Füzuli şəhərindən etdi? Heç şübhəsiz ki, bu, Qarabağ və Şərqi Zəngəzurun təhlükəsiz olduğunun, bu ərazilərə investisiya cəlb edilə biləcəyinin mesajı idi. Yəni rəsmi Bakının işğaldan azad edilən ərazilərə investisiya, xarici şirkətlərin cəlb edilməsinə dair iqtisadi konsepsiyası olsa da, ölkənin birinci şəxsinin xarici ölkəyə səfərini bu ərazidən etməsi təhlükəsizlik baxımdan ən böyük qarant kimi dəyərləndirilməlidir. İşğaldan azad edilən ərazilərimizi “yaşıl enerji zonasına” çevirmək istədiyimiz bir vaxtda təbii olaraq bu istiqamətdə ardıcıl işlər görülür. Ancaq bununla yanaşı xarici investisiya və şirkətlərin cəlbinə ehtiyac var. Bu mənada ölkə başçısının Almaniya səfərinin əsas məqsədlərindən biri bu istiqamətdə ola bilər”.

 

Prezident İlham Əliyevin eyni zamanda qarşıdan gələn COP29-a ev sahibliyi edəcək ölkənin rəhbəri kimi Almaniyaya səfər etdiyini vurğulayan K.İsmayılovanın fikrincə, səfər zamanı COP29 üçün istiqamətlər müəyyən edilir:

 

“Müşahidələrə əsaslanaraq deyə bilərik ki, son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır və ikitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ