Bu ansambl beynəlxalq festivalda ali mükafata layiq görüldü

08:07 20-09-2019 | icon 361 | Mədəniyyət
Bu ansambl beynəlxalq festivalda ali mükafata layiq görüldü

Özbəkistanın qədim Xivə şəhərində “Rəqsin sehri” Beynəlxalq Festival keçirilib.

 

Mədəniyyət Nazirliyindən Versus.Az-a verilən məlumata görə, festivala dünyanın 20 ölkəsindən və Özbəkistanın regionlarından gələn rəqs ansamblları qatılıblar.

 

Ölkəmizi bu festivalda Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edib.

 

Festivalın təntənəli açılış mərasimi qədim “İçan Kala” Qoruq-Muzeyinin “Ata darvaza” giriş qapısının qarşısındakı meydanda olub.

 

İştirakçıları Özbəkistan Mədəniyyət nazirinin müavini Azadbek Nazarbekov və Xarəzm vilayətinin hakimi Farxod Ermanov salamlayıb, onlara bu nüfuzlu festivalda uğurlar arzulayıb.

 

Ölkəmizin Daşkənddəki səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktorunun müavini Polad Zeynalov ölkəmizdə mədəniyyət və incəsənətə dövlət qayığsından danışıb, bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib.

 

Festival çərçivəsində elmi-praktik konfrans, teatrlaşdırılmış şoular, xalq tətbiqi sənət nümunələrinin yarmarkası, Xarəzm yeməklərinin təqdimatı, bu sahələrdə ustad dərslərinin keçilməsi və digər tədbirlər reallaşıb.

 

Azərbaycan rəqqasları festivalda üç konsert proqramı təqdim ediblər.

Sonuncu gün keçirilən qala-konsertdə münsiflər heyətinin qərarı ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı festivalın ali mükafatı - Qran-priyə layiq görülüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR