Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

18:23 28-07-2017 | icon 768 | KİV
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasından Versus.Az-a verilən məlumata görə, komissiya sədri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.

İclasda öncə “Oba” MMC-nin “Anaxeber.az” saytına qarşı şikayətinə baxılıb. Müzakirələr gedişində rəyə gəlinib ki, “Anaxeber.az” saytı “Oba” MMC-yə məxsus marketlə bağlı material təqdim edərkən peşə davranışı qaydalarını pozub, qarşı tərəfin mövqeyini öyrənməyib. Buna görə də sayta təkzib mətninin dərci tövsiyə olunub.

Bakı şəhər sakini Zülbalıyev Asim İslam oğlunun “Son söz” qəzeti və “Milli.TV” saytı ilə bağlı şikayətinin müzakirəsi zamanı aydınlaşdırılıb ki, eyni mərkəzdən idarə olunan iki media orqanının bu və ya digər şəxslər arasındakı konfliktli durumları işıqlandırmaq tərzi heç də peşə prinsiplərinə uyğun gəlmir. Burada qarşı tərəfin mövqeyi nəzərə alınmır. Eyni zamanda cavabdeh özünün kütləvi informasiya vasitəsi kimi statusunu müəyyənləşdirə bilmir. Buna görə də “Son söz” qəzeti rəhbərliyinə fəaliyyətində ciddi dönüş yaratmaq tövsiyə olunub. Bakı şəhərinin Suraxanı rayonunun sakini Yelena Smakinanın “İnterpress.az” saytı ilə bağlı şikayətinin müzakirəsi sonrası belə rəyə gəlinib ki, sayt Y.Smakina haqqındakı materialın həcmi qədər təkzib mətni yayımlamalıdır.

Vətəndaş Gülşən Tofiqqızının müxtəlif kütləvi informasiya vasitələrində yer almış müsahibələr və digər janrlı materiallarda məşhur Azərbaycan milyonçusu Musa Tağıyevlə bağlı tarixi faktların saxtalaşdırıldığını iddia edən şikayəti ətrafında gedən müzakirələrin yekununda komissiya bu qənaətə gəlib ki, G.Tofiqqızına haqqında söz açdığı həqiqətlərin ictimaiyyətə açıqlaması üçün müvafiq şərait yaradılmalıdır. Mövcud xüsusda Mətbuat Şurasının şikayətçiyə müvafiq kömək göstərəcəyi bildirilib.

İclasda “Azərkontrakt” Səhmdar Cəmiyyətinin Avtomobil Nəqliyyatı Təsərrüfatı kollektivinin “Təzadlar” qəzetinin saytında yayımlanmış materialla bağlı şikayəti də müzakirə olunub. Qəzetə məsələyə dair təkzib mətninin dərci tövsiyə edilib. Beyləqan şəhər sakini Zeynalov Anar Ədalət oğlunun “xalqınsesi.com” saytına qarşı şikayətinin isə Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclasında müzakirəsi qərara alınıb. Qafqaz Xəbər Agentliyinin “topxeber.com”və “pressday.az” saytlarına qarşı şikayəti tərəflər arasında anlaşma əldə olunduğu üçün qapanmış sayılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR