Rusiya ilə İranın məqsədi

20:48 03-04-2018 | icon 905 | Kürsü
Rusiya ilə İranın məqsədi

 

ƏLİSAHİB HÜSEYNOV

/DADP sədri/

 

Dünən Rusiyanın Xəzərdəki donanmasının Azərbaycanla sərhədə - Dağıstana köçürüləcəyi barədə xəbərlər yayıldı. Rusiyanın Xəzər donanması bundan sonra Dağıstan Respublikasının Kaspiysk şəhərində yerləşəcək. Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu şəxsən özü bəyan etdi. Həştərxandan Kaspiyskə köçəcək donanmanın hərbi qulluqçularının sayı da xeyli artacaq. Nazir bildirib ki, donanmanın köçürülməsi ilə əlaqədar Kaspiyskdə genişmiqyaslı tikinti işləri aparılacaq. Şoyqu bunu da qeyd edib ki, donanmanın köçürülməsi Xəzər regionunda, Rusiyanın cənub sərhədlərində təhlükəsizliyin ciddi tərkib hissəsidir.

 

Maraqlıdır, görəsən, söhbət hansı təhlükəsizlikdən gedir? Bu təhlükəni kim, yaxud hansı ölkə törədir? Axı Rusiyanın Xəzər sahillərindəki cənub qonşuları Azərbaycan və İrandır. Bəyəm bu ölkələr indiyə qədər Rusiyanın maraqlarına qarşı təhlükəli sayıla biləcək hər hansı bir addım atıblarmı? Yox, belə bir hala rast gəlməmişik. Bəs elə isə Rusiya müdafiə nazirinin uydurma "təhlükəsizlik" nağılını dövriyyəyə buraxmasının arxasında hansı məqsəd dayanır?

 

Bizim ölkəmiz öz ərazi sularında müəyyən çərçivədə hərbi donanma saxlayır. Bu hərbi donanma digər sahilyanı ölkələrə qarşı yönəlməyib və heç bir təhdid yaratmır. Əksinə, Rusiya və İran Xəzər dənizində militarist siyasət yürüdərək dənizdə təhlükəsizliyi ciddi surətdə təhdid edirlər. Yəni ki, Xəzərdə Rusiya və İran üçün heç kim təhlükə yaratmır. Təhlükəni yaradan elə onlar özləridir. Ən böyük təhlükə ilk növbədə Rusiyadan gəlir. Rusiyanın Xəzərdə güclü hərbi donanma formalaşdırmağa başlaması, həmçinin, burada qitələrarası raketləri yerləşdirməsi region ölkələrini həm dünyanın böyük geopolitik aktorlarının, həm də beynəlxalq terrorun hədəfinə çevirir.

 

Ötən il Rusiyanın Xəzər dənizindən qanadlı raketlərlə Suriyadakı terror mərkəzlərini vurması avtomatik olaraq Xəzərin və sahilyanı ölkələrin təhlükəsizliyini zərbə altında qoydu. Hal-hazırda Rusiyanın Xəzər hərbi donanmasının daimi dislokasiya mərkəzini Həştərxandan Kaspiyskə köçürmək təşəbbüsü də Kremlin birbaşa Azərbaycanı Xəzər dənizində təhdid etməyə başlaması deməkdir. Qonşu İran da bu məsələdə bu və ya digər şəkildə Rusiya ilə müttəfiqlik edəcək. Bu da o deməkdir ki, hər iki qonşumuz Xəzər dənizində güclənərək, Azərbaycanın Xəzər üzərindən gerçəkləşdirdiyi iqtisadi-enerji siyasətinin qarşısını almağa çalışır. Donanmanın Kaspiyskə köçürülməsində əsas məqsəd də elə budur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür