Müəllimlər üçün dil təkmilləşdirmə təlimləri keçiriləcək

11:02 23-09-2019 | icon 383 | Təhsil
Müəllimlər üçün dil təkmilləşdirmə təlimləri keçiriləcək

“Uğur üçün Tədris” (SPEX) layihəsi çərçivəsində Dil təkmilləşdirmə təlimləri keçiriləcək.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Versus.Az-a verilən məlumata görə, dil təkmilləşdirmə təlimlərinin keçirilməsində əsas məqsəd müəllimlərin İngilis dilində danışıq səriştəsinin artırılması, dil və tədris bacarıqlarının təkmiləşdirilməsi, onların əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da inkişaf etdirilməsindən ibarətdir.

 

“British Council”un peşəkar təlimçiləri tərəfindən aparılan təlimlər Beynəlxalq Aptis İmtahanının nəticələrinə əsasən, Səbail, Suraxanı və Xətai rayonları üzrə müəyyən edilmiş təlim mərkəzlərində təşkil olunacaq.

 

Həftədə 2 dəfə keçirilməsi nəzərdə tutulan təlimlərdə 370 İngilis dili müəllimi iştirak edəcək.

Dil təkmilləşdirmə təlimlərini uğurla başa vuran müəllimlər layihənin növbəti mərhələsi olan Metodologiya təlimlərinə cəlb olunacaqlar. Təlimlərdən keçən müəllimlərə sertifikat təqdim ediləcək.

 

Qeyd edək ki, “Uğur üçün tədris” (SPEX) layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR