Saxta ipoteka sənədi hazırlayan mütəşəkkil dəstə üzvləri saxlanılıb - FOTO

13:50 28-09-2019 | icon 519 | Gündəm
Saxta ipoteka sənədi hazırlayan mütəşəkkil dəstə üzvləri saxlanılıb - FOTO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.

 

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, əməliyyat zamanı taksi sürücülərinə qarşı dələduzluq edən əvvəllər məhkum olunmuş Elməddin Kazımov, Elçin Behbudov, həmçinin Samir Hüseynli və Vüsal Zöhrabov müəyyən edilərək tutulublar.

 

Qeyd edək ki, taksi sürücülərinə qarşı dələduzluq etmək təklifi əvvəlcə dəstə üzvü E.Kazımovdan gəlib.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri Bakının Nizami və Xətai rayonları ərazilərində yerləşən metro stansiyalarının yaxınlığında ayrı-ayrı taksi sürücülərinə müştəri kimi yaxınlaşaraq yalandan internetdən əldə etdikləri üzərində kənar şəxsə aid fotoşəkil olan sənədi guya ipoteka arayışı kimi təqdim edib dedikləri ünvana çatdırılmasını xahiş ediblər. Bundan sonra saxlanılanlardan biri taksi sürücüsünü kənarda dayanan digər dəstə üzvü ilə telefonla danışdırıb. Həmin şəxs isə taksi sürücüsündən yanında olan adama müxtəlif məbləğdə pul verməsini xahiş edib, sənədi ona çatdırdıqda həmin pulu əlavə zəhmət haqqı ilə birlikdə artıqlaması ilə ödəyəcəyini yalandan vəd edib. Taksi sürücüləri sənədi alıb dəstə üzvlərindən ona yaxınlaşan şəxsə pulu verib deyilən ünvana getdikdə isə onu qarşılayan şəxsin olmadığını görüb dələduzluq yolu ilə aldadıldığını və ipoteka sənədi adı altında ona verilən arayışların saxta olduğunu anlayıblar.

 

Qeyd edək ki, saxlanılan dəstə üzvlərindən biri V.Zöhrabovun üzərində şəxs axtarış aparılan zaman ondan 0,420 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilib.

 

Hazırda dəstə üzvlərinin hüquqazidd əməllərindən zərərçəkmiş şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Gördüyünüz bu şəxslərin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarziə İdarəsinə müraciət edə bilərlər. Həmçinin vətəndaşların özlərinin də bu tipli dələduzların toruna düşməməsi üçün ayıq-sayıq olmaları tövsiyə edilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR