“Müxalifət bu imtahandan qalibiyyətlə çıxa bilmədi”

16:34 28-09-2019 | icon 561 | Siyasət
“Müxalifət bu imtahandan qalibiyyətlə çıxa bilmədi”

Əlisahib Hüseynov: “İqtidar mitinqdən qorxsaydı, ümumiyyətlə mitinq keçirilməsinə icazə verməzdi”

 

 

“İqtidar 28 sentyabr mitinqinə icazə verdi, lakin müxalifət razılaşmadı. Əlbəttə, Lökbatanda və ya şəhərdən kənar hər hansı bir qəsəbədə mitinq keçirməyə razılıq verməmək müxalifətin öz haqqıdır. Kimsə müxalifəti zorla Lökbatanda mitinq keçirməyə məcbur edə bilməz. Amma Əli Kərimlinin "açıq-aşkar Bakıda mitinq keçirməyimizdən qorxurlar" fikrini səsləndirməsi də yersizdir və absurddur”.

 

Versus.Az-ın məlumatına görə, bu sözləri açıqlamasında DADP sədri Əlisahib Hüseynov deyib.

 

Partiya sədri vurğulayıb ki, iqtidar mitinqdən qorxsaydı nəinki Bakının mərkəzində, həmçinin istər Lökbatanda, istərsə də hər hansı bir başqa yaşayış məntəqəsində ümumiyyətlə mitinq keçirilməsinə icazə verməzdi:

 

“İqtidar mitinq üçün Lökbatanda yer ayırmaqla çox ustalıqla taktiki gediş etdi. Bunu müxalifətin gücünü müəyyən etmək, müxalifəti imtahana çəkmək və müxalifətin nəyə qadir olduğunu ayırd etmək kimi də qiymətləndirmək olardı. İqtidar müxalifəti test edirdi. Müxalifətsə bu imtahandan qalibiyyətlə çıxa bilmədi”.

 

Müxalifətin həmişəki kimi yenə də uduzduğunu deyən Ə.Hüseynovun sözlərinə görə, onlar uduzacaqlarını da yaxşı bildikləri üçün bəri başdan geri çəkilməyə, mitinqi təxirə salmağa üstünlük verdi:

 

“Çünki "Milli Şura"-AXCP cütlüyünün rəhbərləri özləri də yaxşı bilirlər ki, radikal müxalifət Qaradağ rayonunda izdihamlı mitinq keçirmək iqtidarında deyil. Kütləviliyi təmin etmək mümkün olmayacaq. Müxalifətin o boyda elektoratı, sosial bazası yoxdur. Odur ki, Lökbatanda mitinqin keçirilməsi qərarı ilə razılaşmaq müxalifətin öz qətlinə fərman verməsi kimi ağır bir sonluqla nəticələnə bilərdi. Məhz bu aqibətdən qurtulmaq üçün vəziyyətdən ən optimal çıxış yolu kimi Lökbatanda mitinq keçirmək variantından vaz keçildi. Top isə yenə də iqtidarda qaldı. Görünən budur ki, iqtidarın polittexnoloqları müxalifətin polittexnoloqlarından daha səriştəli işləyirlər”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR