AFFA nümayəndələri riyaziyyatdan xəbərsizdi?

23:36 30-09-2019 | icon 505 | İdman
AFFA nümayəndələri riyaziyyatdan xəbərsizdi?

Ötən həftəsonu Azərbaycan Premyer Liqasında VI tura yekun vuruldu. V turun oyunları güclü küləyin müşayəti ilə keçmişdisə, bu dəfə elə bir bir problem yox idi. 4 qarşılaşmanın hamısı yaxşı hava şəraitinə təsadüf edirdi.

 
Əlverişli hava şəraitinə baxmayaraq yenə də boş tribunalar Azərbaycan çempionatının acınacaqlı durumunu ortaya qoyurdu. Bölgə komandalarının elitada iştirak etməməsi həmin o acınacaqlı vəziyyəti qaçılmaz edir. Bütün bunlar başqa söhbətin mövzusudu. Bir də var ki, azarkeşlərin sayı süni surətdə azaldılır. Bu da haqlı olaraq təəccüb və etiraz doğurur.
 
Şəxsən mən bu tur iki qarşılaşmanı stadiondan izləmişəm. "Qarabağ” – "Sumqayıt” görüşü Respublika stadionunda keçirilirdi. Böyük idman qurğusu azı 15 min tamaşaçının tribunalarda yer alacağı halda qismən dolu görünə bilər. Elə bu səbəbdən də "Qarabağ”ın yerli çempionatdakı oyunları zamanı tribunaların görüntüsü ürəkaçan olmur. Hətta 3-5 min azarkeş belə bu arenada bir ovuc kimi görünür. Görüşün AFFA nümayəndəsi Rüfət Əmirovun protokola yazdığı saya inansaq, "Qarabağ”ın "Sumqayıt”ı 2:0 hesabıyla məğlub etdiyi görüşü 700 azarkeş tribunalardan izləyib. Burda mübahisə etməyə elə də ciddi səbəb yoxdu.
 
Amma "Sabah” – "Səbail” görüşünün AFFA nümayəndəsi Elbrus Abbasovla razılaşmaq çətindi. Hətta mümkünsüzdü. Abbasov ev sahiblərinin 3:0 hesablı qələbəsiylə bitən oyunda cəmi 300 azarkeşin tribunalarda əyləşdiyini yazıb. İnciməyin, cənab Abbasov. Sizin yazdığınız rəqəmin ağ yalan olduğunu deməliyəm. Deməsəm, özüm öz vicdanımın səsini qulaq ardına vurmuş olaram. Belə çıxır ki, AFFA-nın oyunlara nümayəndə göndərdiyi şəxslər sadə riyazı hesablamalardan xəbərsizdi.
 
"Bank Respublika Arena”nın 13 min azarkeş tutumu var. "Səbail”lə oyun zamanı media sektor olan hissədəki tribunalar ağzına qədər dolu idi. Mübaliğəsiz demək olar ki, giriş qapılarına yaxın olan hissədə boş yer tapmaq mümkün deyildi. Hər iki komandanın fan-klubları da öz yerlərini tutmuşdular. Qarşı tərəfdə isə əsasən qonaqlar, komanda rəsmiləri, futbolçuların ailə üzvləri və digərləri yer almışdı. Lap elə stadionun tribunalarının ¼ hissəsinin dolduğunu düşünsək, tamaşaçı sayının 2000-dən az olmadığını, hətta 3000-ə yaxınlaşdığını əminliklə deyə bilərik. O zaman AFFA nümayəndəsi Elbrus Abbasov 300 rəqəmini hardan götürüb?! Demək çox çətindi.
 
Görünən odu ki, nümayəndələr oyundan sonra ağızlarına gələn rəqəmi protokola qeyd edir, sonra da evə tələsirlər. Ya da ki, bu adamlar adi riyaziyyat qaydalarından belə xəbərsizdilər. Cənab Abbasovu arayıb, məsələni araşdırmaq istəmədik. Verəcəyi cavabı bilirdik: "Bizə danışmağa icazə vermirlər”. Susun, Elbrus bəy. Öz işinizdi...
 
Versus.Az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR