Bu il əlilliyi olan 20 minə yaxın şəxs reabilitasiya vasitəsi ilə təmin edilib

15:04 07-10-2019 | icon 444 | Cəmiyyət
Bu il əlilliyi olan 20 minə yaxın şəxs reabilitasiya vasitəsi ilə təmin edilib

Cari ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 6336 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, onlardan 750 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.

 

Qeyd olunan dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 809 əlil arabası, 873 aşağı və yuxarı ətraf, habelə döş protezi, 970 aşağı və yuxarı ətraf ortezi, 4417 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 429 korset, 530 cüt protez ayaqqabı, 2728 cüt ortopedik ayaqqabı, 516 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 1911 qoltuqaltı və dirsəkaltı ağac, 956 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.

 

Ümumilikdə, 2019-cu ilin yanvar-sentyabr aylarında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə 19998 reabilitasiya vasitəsi verilib, 506 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır