Qənirə Paşayeva ““Ovçu” romanı orta məktəblərdə təbliğ edilməlidir”

13:05 07-04-2018 | icon 2103 | Ədəbiyyat
Qənirə Paşayeva ““Ovçu” romanı orta məktəblərdə təbliğ edilməlidir”

“Tariximizlə bağlı roman, film və teleserialların artması vacibdir”

 

Atatürk Mərkəzində yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Ovçu" romanının təqdimat mərasimi keçirilib. Mərasimdə millət vəkili Qənirə Paşayeva da iştirak edib.

 

Versus.az-ın məlumatına görə, Q.Paşayeva çıxışında bu gün baş verən hadisələrlə bağlı çoxlu sayda kitablara ehtiyac duyulduğunu vurğulayıb:

 

“40-50 il sonra böyük əsərlər yazıla bilər ki, onlar da bizim tariximiz üçün lazımdır. Ancaq bu gün yazılan əsərlər bizim bu günümüz üçün lazımdır. O günümüz üçün ki, insanlar bilsin ki, bizim qəhrəmanlarımız hansı ideyalar uğrunda şəhid olublar, daha dəqiq, torpaqlarımızı işğaldan azad etmək uğrunda bu zirvəyə yüksəliblər. Bizim torpaqlarımızın hələ də yüzdə iyirmisi işğal altındadır. Ona görə də belə əsərləri daha çox yazmaq lazımdır. Onların ailəsindən başlamaqla həyat hekayələrini yazmaq tələb olunur. Çünki onlar o qəhrəmanlığı öz həyat yolları, amalları ilə zatən özləri yazıblar. Yunus bəyə bir daha təşəkkür edirəm ki, bu işi görüb. Bu gün gənclərimizə kimə oxşamağı, kimdən örnək götürməyin lazım olduğunu aşılamaq lazımdır. Biz Aprel zəfəri yazan qəhrəmanlarımızın necə şücaət göstərdiklərini bilirik. Murad Mirzəyevi, Samid İmanovu hamı tanıyır. Amma onların hansı həyat yolunu keçərək şəhidlik məqamına gəldiyini çox az insanlar bilir. Vətən sözdə, dildə yox, yaşam fəlsəfəsi ilə sevilir. Yazılan əsərlərdə övladların necə yetişdirilməsi kimi məsələlər əksini tapmalıdır. Vətənlə, millətlə bağlı məsələlərdə cəmiyyətə mesajlar verilməlidir. Hərbçilərin xanımlarının fədakarlıqları əksini tapmalıdır. Bu əsərdə deyilir ki, Murad Mirzəyev ömrünü fəda etdi, amma sağ olanda da ömrünün iyirmi dörd saatının əksəriyyətini bu Vətən üçün yaşayıb. Azərbaycan gənci bu kitabı oxuyanda düşünəcək ki, günün bir hissəsini sosial mediada oluramsa, onun yarım saatını sosial mediada Vətənin əsgəri olum. Ona əl uzadanlara qarşı mübarizə aparım. Bununla gənclər özünün məsuliyyətini dərk edəcək. Ona görə belə əsərlər çox yazılmalıdır".

 

Millət vəkili onu da qeyd edib ki, Təhsil Nazirliyinə "Ovçu" romanının orta məktəblərdə təbliğ edilməsi ilə bağlı müraciət edəcək:

 

"Biz tariximizlə bağlı kitabları uşaqların oxuması üçün əlimizdən gələni etməliyik, hətta məktəblər üzərinə vəzifələr də qoymalıyıq. Bu kitabın dili elə sadədir ki, 14 yaşından başlayaraq hər bir uşaq oxuyub dərk edə bilər. Universitet tələbələrinin daha rahat oxuya biləcəyi bir dildə yazılıb. Ən əsası isə lazımsız teleseriallar əvəzinə, belə kitablara filmlər çəkilməlidir. Mümkündür ki, heç olmasa on seriyadan ibarət bir film çəkilsin. İş adamlarını çağırıram ki, belə kitablarla bağlı filmlərə vəsait ayırsınlar. Bunu etmək bir o qədər də çətin deyil, ortada Türkiyə təcrübəsi var. Onlar bu addımı gənc nəslin ruhunu tutmaq üçün edirlər. Biz də gənclərimizə aşılaya bilərik ki, bu kitabda əksini tapmış qəhrəmanlardan biri də sənsən. Sən də qəhrəmanlıq göstərə bilərsən ruhunu gənclərə aşılamaqdan ötrü bu addımı atmaq lazımdır. Məlumdur ki, bu gün kitabların gücü filmin, görüntünün gücü qədər təsirli deyil. Bədii ekran insanlar üçün daha çox təsirli olur. Belə halda bu kitaba daha çox dəyər vermiş olarıq".

 

Q.Paşayevanın sözlərinə görə, Aprel döyüşləri ilə Ermənistana və onun arxasında duran bütün güclərə mesaj verildi ki, Azərbaycan əvvəlki Azərbaycan deyil, güclü bir dövlətdir, güclü peşəkar ordusu var:

 

"Azərbaycan torpağının hər qarışı üçün canını qurban verməyə hazır olan gənclərimiz var. Azərbaycan öz torpaqlarını heç kimə güzəşt etməyəcək. Bu, çox önəmli mesaj idi. Biz hamımız bir olmalıyıq ki, dövlətimiz daha da güclənsin. Dövlətimizin güclü olması bizi Xankəndinə, Şuşaya daha da yaxınlaşdırır".

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR