"Hər bir məmur bu mesajdan nəticə çıxararaq ölkədəki islahatlara adekvat şəkildə işləməlidir"

17:06 08-10-2019 | icon 391 | Siyasət
"Hər bir məmur bu mesajdan nəticə çıxararaq ölkədəki islahatlara adekvat şəkildə işləməlidir"

Arzu Nağıyev: "Baş Nazir vəzifəsində iqtisadiyyat sahəsində daha perspektivli peşəkar şəxsin olması vacibdir"

 

Baş Nazir vəzifəsinə yeni təyinatın olması məmurlara yeni bir mesajdır.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu açıqlamasında politoloq Arzu Nağıyev deyib.

 

A.Nağıyevin fikrincə, hər bir məmur bu mesajdan nəticə çıxararaq ölkədəki islahatlara yardım edə biləcək qədər, adekvat şəkildə işləməlidir.

 

Baş Nazir vəzifəsinə Əli Əsədovun təyin edilməsini çox uğurlu bir kadr seçimi sayan politoloq hesab edir ki, əslində, hökumət başçısının dəyişməsində hər hansı təsadüf də axtarmaq düzgün olmaz:

“Çünki Azərbaycan Prezidenti İlham Əliyev sosial-iqtisadi sahələrdə islahatların aparılmasına daha çox üstünlük verir. Novruz Məmmədov isə əsasən, humanitar sahələrin peşəkarı kimi yadda qalıb. Məhz buna görə də Baş Nazirin dəyişdirilməsi məsələsi gündəmə gəldi. Lakin bu, heç də o demək deyil ki, Novruz Məmmədov Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı loyal olmayıb. Novruz Məmmədov 16 il Prezidentin komandasında çalışıb. O, müsbət keyfiyyətləri olan bir şəxsdir və harada çalışmasından asılı olmayaraq, Azərbaycanın apardığı dövlətçilik siyasətini yerinə yetirib, adekvat addımları ilə yadda qalıb. Amma artıq elə bir dövr gəlib çatıb ki, iqtisadi sahədə islahatların aparılması üçün Baş Nazir vəzifəsində daha perspektivli, bu sahəni bilən peşəkar şəxsin olması vacibdir. Bu baxımdan, yeni təyinatı çox müsbət dəyərləndirmək lazımdır”.

 

A.Nağıyev hesab edir ki, dövlət idarəçiliyində islahatlar bundan sonra da davam etdiriləcək və etdirilməlidir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR