Dövlət hesabına verilən “Rus dili” dərsliyi satılır?

16:29 09-10-2019 | icon 718 | Təhsil
Dövlət hesabına verilən “Rus dili” dərsliyi satılır?

Orta məktəblərdə tədris olunun "Rus dili" dərsliyi şagirdlərə paylanılmır. Belə ki, müəllimlər şagirdlərə “bu dərsliyi özünüz pulla alın” deyir.

 

Halbuki, orta məktəb şagirdlərinə bütün digər dərsliklər pulsuz olaraq paylanılır.

Belə olan təqdirdə niyə "Rus dili" dərsliyi paylanılmır?!

Üstəlik niyə şagirdlər adıçəkilən dərsliyi pulla almalıdırlar?!

 


Versus.Az Modern.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyi məsələ ilə bağlı bildirib ki, ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarına əsasən, bu gün rus dili həm “Tədris dili”, həm “Əsas xarici dil”, həm də “İkinci xarici dil” fənni kimi tədris olunur:


“Əgər rus dili “Tədris dili” və “Əsas xarici dil” fənni kimi tədris olunursa, onun tədrisinə 1-ci sinifdən başlanılır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən dövlət ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin hamısı bütün dərsliklərlə, eləcə də “Rus dili (tədris dili)” və “Rus dili (əsas xarici dil)” fənni üzrə dərsliklərlə dövlət vəsaitləri hesabına təmin olunurlar”.

 

Nazirlikdən verilən məlumata görə, belə halın olması yolverilməzdir:

“Əgər hardasa, valideynlər tərəfindən dərsliklərin onların öz vəsaitləri hesabına aldırılması faktı varsa, bu, birmənalı olaraq qanunaziddir və yolverilməzdir. Belə faktlarla bağlı müraciətlər Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə zəng etməklə və ya [email protected] elektron poçtuna yazmaqla bildirilə bilər.

Əgər ümumi təhsil müəssisəsində rus dili “İkinci xarici dil” fənni kimi tədris olunursa, onun tədrisinə əsasən 5-ci sinifdən başlanılır. Qeyd edək ki, elə fənlər var ki, onun üçün dərslik mövcud deyil və o, müəllim üçün hazırlanan tövsiyələr vasitəsilə həyata keçirilir. “İkinci xarici” dil fənni də onlardandır. Yəni, göründüyü kimi “Rus dili (ikinci xarici dil)” fənni üzrə dərslik nəzərdə tutulmadığı üçün şagirdlərin onunla təminatından söhbət gedə bilməz. “Rus dili (ikinci xarici dil)” fənni üzrə hazırlanmış müəllim üçün tövsiyələr həm elektron, həm də kağız formatda bütün ümumi təhsil müəssisələrində var və bu fənni tədris edən müəllimlər həmin tövsiyələrdən istifadə edərək tədris prosesini düzgün qurmalıdırlar.

 

Xüsusi olaraq vurğulayaq ki, bəzən “Rus dili (əsas xarici dil)” dil fənninin tədrisi üçün nəzərdə tutulan dərsliklərin “Rus dili (ikinci xarici dil)” fənninin tədrisində də istifadə etmək niyyəti olur ki, bu doğru deyildir. Bu fənlərin təhsil proqramları (kurikulumları), təhsil dövrləri, həftəlik dərs saatlarının miqdarı və s. fərqlidir və onların eyni vəsaitdən istifadə edilərək tədrisi mümkün deyildir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR