TV-lərdə təhlükəli dərman reklamları

14:17 10-10-2019 | icon 32 | Sağlamlıq
TV-lərdə təhlükəli dərman reklamları

Son vaxtlar tez-tez yerli televiziyalarda dərman preparatlarının reklamı ilə qarşılaşırıq. Hətta sözügedən reklamlarda bu dərmanların reseptsiz qəbul edilə biləcəyi də vurğulanır. Lakin ekspertlər hesab edirlər ki, hansısa dərmanın həkim tövsiyəsi olmadan qəbul edilməsi məqsədəuyğun deyil və müəyyən fəsadlara yol aça bilər.

 
 
 
Versus.Az-ın məlumatına görə, məsələ ilə bağlı axar.az-a danışan tibb eksperti Adil Qeybulla bildirib ki, dərman vasitələrinin reklamı düzgün deyil:
 
"Dərman vasitələrinin reklamı qətiyyən doğru deyil. Avropada dərman vasitələrinin reklamı qadağan olunub. Reklam kommersiya məqsədi daşıyır, dərman vasitəsi isə sırf satış məqsədi daşıya bilməz. İstənilən dərmanı ancaq həkim məsləhəti ilə qəbul etmək lazımdır. Buna görə də dərmanın reklamını etmək olmaz. Çünki reklam varsa, hər hansı bir şəxs reklama inanıb həkim məsləhəti olmadan onu alıb istifadə edəcək. İnsan orqanizmləri fərqli olduğu üçün birinə çox yaxşı təsir edən dərman digərinə çox pis təsir edə bilər.
 
Məsələn, bəzi televiziyalarda uşaqlar üçün qurd əleyhinə dərman reklam olunur. Kimsə alıb bu dərmanın müsbət təsirini görürsə, bu, o demək deyil ki, hər kəsə eyni təsir edə bilər. Valideynlər çox diqqətli olmalı, belə reklamlara aldanmamalıdır”.
 
 
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov da qeyd edib ki, Azərbaycanda bəzi işbazlar əhalinin güvənindən istifadə edərək, zərərli dərman vasitələrinin reklamını həyata keçirirlər:
 
"Təəssüf ki, bəzi işbazlar insanların güvənindən istifadə edərək, zərərli və keyfiyyətsiz dərman vasitələrinin reklamını həyata keçirir və bundan külli miqdarda gəlir əldə edirlər. Ümumiyyətlə, sosial şəbəkə və televiziyalar üzərindən reklam olunan dərman vasitələrinin 70 faizi saxtadır və insan orqanizminə çox zərərlidir”.
 
 
E.Hüseynov vurğulayıb ki, belə dərman vasitələrinin reklamını həyata keçirən qurum da məsuliyyət daşıyır:
 
"Vətəndaş TV-də reklam olunan dərmanı alıb, ziyanını görürsə, məhkəməyə müraciət edə bilər. Daha sonra məsələ araşdırılmalı, reklam edən şəxs məsuliyyətə cəlb olunmalıdır. Azad İstehlakçılar Birliyi dərman vasitələrinin reklamının mümkün qədər azaldılması istiqamətində işlər aparır. Amma bəzi televiziyalar sırf gəlir əldə etmək üçün dərmanları reklam etməyə davam edirlər”.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

ALDP sədri avropalı diplomatla görüşüb

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

Füzulinin Soyuqbulaq Xatirələrindən 

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

"Məni telekanalların veriliş siyasəti çox narahat edir"

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

Cəbrayılovun şok telefon danışığı /audio/

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"