Azərbaycanlı gənc dünya səviyyəli musiqi yarışmasında birinci oldu - FOTO/VİDEO

05:07 13-10-2019 | icon 394 | Mədəniyyət
Azərbaycanlı gənc dünya səviyyəli musiqi yarışmasında birinci oldu - FOTO/VİDEO

Azərbaycanlı musiqiçi Camal Əliyev dünya əhəmiyyətli musiqi yarışmasında birinci olub.

 

Versus.Az xəbər verir ki, violonçel sənətçisi “Concert Artists Guild”də birincilik əldə edib.

 

“London Royal College of Music”də magistr təhsilini davam etdirən Camal Əliyev oktyabrın 3-6-da Nyu-Yorkda təşkil olunan yarışmada tarixi uğura imza atıb.

 

O, bu mötəbər yarışmaya qatılan və qalib olan ikinci türk əsilli musiqiçidir. Ondan öncə bu uğuru yalnız dünya şöhrətli türk musiqiçi Fazıl Say qazana bilib.

 

Fazıl Say bu önəmli qələbə münasibətilə C.Əliyevi təbrik edib.

C.Əliyev yarışmada Fazıl Sayın “Dörd şəhər” sonatasını, Blokun qısa musiqi əsərlərini və Şopenin “Polonaise Brillante” əsərini səsləndirib.

 

İngiltərədə önəmli orkestrlərlə konsertlər verən gənc musiqiçi bu yarışdan sonra Şimali və Cənubi Amerika, Asiya qitələrində müxtəlif konsert proqramları ilə çıxış edəcək.  

 

Qeyd edək ki, Camal Əliyev 1993-cü ildə Bakıda doğulub. Beş yaşında babası Qara Əliyevdən violençel öyrənməyə başlayıb.

2017-ci ildə BBC Proms Festivalında ilk dəfə BBC orkesti ilə böyük səhnəyə çıxıb.

 

“Arts Club - Sir Karl Jenkins Musiqi Mükafatını qazandıqdan sonra pianoçu Anna Fedorova ilə “Russian Masters” adlı ilk CD-si yayımlanıb.

 

O, dünya şöhrətli bəstəkar Fazıl Sayla konsertlər verir. “Royal Festival Hall”de “Philharmonia” orkestri, “London Mozart Players”, BBC Scottish” simfonik orkestrləri ilə solo konsertlər verib. /oxu.az/

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür