REAL hərəkatı partiyaya çevrilir

19:43 09-04-2018 | icon 702 | Siyasət
REAL hərəkatı partiyaya çevrilir

Aprelin 9-da REAL Hərəkatının ofisində bu qurumun partiyaya çevrilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Tədbir hərəkatın partiyaya çevrilməsi üçün 7-8 apreldə internet üzərindən keçirilən qurultaya həsr olunub.

 

Versus.az xəbər verir ki, tədbiri giriş sözü ilə REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı açaraq REAL-ın aprelin 7-də və 8-də qurultay keçirdiyini bildirib:

 

"Artıq REAL bir partiyadır və bundan sonra belə təqdim olunacaq. Bizə qurultay üçün yer verilmədi və bu da onu göstərdi ki, hakimiyyət bizim qurultay keçirməyimizi istəmir. 400-500 nəfərlik yer üçün dəfələrlə müraciət etdik. Lakin yer verilmədi. Bu qərara gəldik ki, qurultay üçün müraciət etməyi dayandıraq. Qanunvericiliklə 15 gün ərzində müraciətə cavab verilməli olduğu halda, bəzən bir ay uzadırdılar. Bu il seçkilərin olduğunu düşünərək martın 12-də üçüncü dəfə müraciət etdik. Qurultay nümayəndələrinin sayını azaltmağımıza baxmayaraq yenə də yer verilmədi. Bunun üçün də qərar verdik və bəzi dünya ölkələrində olan təcrübədən istifadə etdik".

 

REAL-ın icraçı katibi Natiq Cəfərli qurultaylarını bu şəkildə keçirmək daxili qərarlarıdır:

 

"Virtual diskussiyalar açdıq, bütün məsələləri orada müzakirə etdik. Qurultay üzvləri tərəfındən canlı müzakirələr getdi. Biz müasır dövrün verdiyi imkanlardan yararlandıq. Partiyanın nizamnaməsi, atributları, proqramları müzakirə edildi. Bizə ikinci mərhələyə keçmək üçün şərait yarandı. Ofisdə gizli səsvermə üçün şərait yaradıldı. Sədr, Məclis üzvləri seçildi. Partiya sədrliyinə bir namizəd oldu, İlqar Məmmədovun durumu nəzərə alındığı üçün kimsə namizəd olmadı və o da sədr seçildi. Ən gərgin seçki Məclisdə yaşandı və 61 nəfərdən 40 nəfər üzv seçildi. Seçilməyənlər yenə aktiv olacaqlar. Seçkilərdə Nəzarət Təftiş Komissiyası da müəyyən edildi. Qurultayımız Azərbaycanda bir ilk oldu. Biz göstərdik ki, bütün maneələri aşmaq olar. Bizim bu seçkimiz daim yaddaşlarda qalacaq, nümunə olacaq".

 

A.Qasımlı vurğulayıb ki, videoçarx hazırlanıb, sosial şəbəkələrdə hər kəs bunu görəcək:

 

"Biz tam dolğun bir prosesi bir həftə ərzində apardıq. Bizə yer verilsəydi belə, yenə gizli səsvermə olacaqdı. Seçki Komissiyasımıza gərgin şəraitdə keçən fəaliyyətinə görə təşəkkür edirik. Azərbaycan tarixində bəlkə də ən demokratık seçki keçirdik. Videoçarxda hər kəs bunu görəcək. Məclisin iclası yaxın bir ay ərzində keçiriləcək. Yerli məclislərin sədrləri ilə birlikdə 63 üzv var. İclasda Məclis sədri seçiləcək. Bütün seçkilər gizli səsvermə ilə olacaq".

 

N.Cəfərli bildirdi ki, onlayn sistemlə daha maraqlı diskussiya yaşanıb: "Hər kəs suallarını verdi. Biz qurultay sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməyəcəyik. Onsuz da qeydiyyata da alan deyillər. Zatən qanunvericilikdə onlayn qurultay yoxdur. Bizim üçün çox çətin mərhələ oldu. Bundan sonra indiyə qədər göstərdiyimiz fəaliyyəti davam etdirəcəyik. Biz struktur olaraq qarşıdakı seçkilərdə iştiraka hazırlaşacağıq".

A.Qasımlı partiya qeydiyyatının heç bir önəminin olmadığını söyləyib: "Qeydiyyatın heç bir önəmi yoxdur. Səhəri gün seçkilər olarsa, sədrimiz İlqar Məmmədov iştirak edəcək. Bunun üçün məhdudiyyətlər yoxdur".

N.Cəfərli qurultayın mətbuatdan niyə gizlədildiyi barədə suala belə cavab verib: "Biz üzvlərimiz qarşısında olan öhdəliklərimizi yerinə yetirdik. Əsas olan da bu idi. Əgər əvvəldən məlumat versəydik, maneələr yaradılacaqdı. Adicə ofisdə belə, səsverməyə imkan verilməyəcəkdi".

 

Avropadakı mühacirlərlə bağlı suala REAL rəhbərliyində təmsil olunan N.Cəfərli belə münasibət sərgiləyib: "Biz qırmızı xətt çəkmişik. Avropada sığınacaq almaq üçün REAL-a edilən müraciətə heç vaxt müsbət reaksiya verməyəcəyik. İndiyə qədər heç kimə arayış verməmişik, bundan sonra da verməyəcəyik".

A.Qasımlı isə qurumun hazırda 200-ə yaxın üzvünün Avropada yaşadığını deyib: "Amma onların böyük əksəriyyəti mühacir deyil, ya işləyirlər, ya da təhsil alırlar. Bir müddət sonra onlar ölkəmizə qayıdacaqlar. REAL hakimiyyətə gələndən sonra Avropadakı mühacirlərin ölkəmizə gəlmələrinə şərait yaradacağıq, onların imkanlarından istifadə edəcəyik".

 

Sonda N.Cəfərli nə üçün 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkilərindən əvvəl qurultay keçirdiklərini də açıqlayıb: "Seçkidən öncə qurultayın keçirilməsi düşünülmüş deyil. Sadəcə seçkiöncəsi qurultayımız üçün normal şəraitin olacağını düşünüb, bu qərarı verdik. Amma yer üçün etdiyimiz müraciətə seçkiöncəsi reaksiya da əvvəlkilər kimi oldu. İndiyə qədər siyasi partiyaların uğursuz olmalarına səbəb şəxslər üzərində qurulmalarıdır. İkinci qurultayımızda ola bilər ki, Ilqar Məmmədov namizəd olmasın, digər bir şəxs olsun. Biz yeni qüvvələrin irəliyə gəlməsində maraqlıyıq. Buna REAL olaraq bundan sonra da şərait yaradacağıq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR