AQTA uşaq qidasından çıxan qurdla bağlı araşdırmalara başladı /VİDEOl

15:50 14-10-2019 | icon 316 | Sosial
AQTA uşaq qidasından çıxan qurdla bağlı araşdırmalara başladı /VİDEOl

Bakı sakini uşağına aldığı qidanın içindən qurd çıxdığını iddia edir.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə o, VTrend-ə videomüraciət edib.

 

Onun sözlərinə görə, Biləcəri qəsəbəsində yerləşən aptekdən aldığı "Nutrilak" uşaq qidasının içindən qurd çıxıb. Vətəndaş bu barədə aidiyyəti qurumlara müraicət də edib.

 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) araşdırmalar başlanıb. Agentlikdən bildirilib ki, araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək:

 

"Qeyd etdiyiniz məsələ ilə bağlı vətəndaş Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə məlumat verib. Məlumat qeydə alındıqdan dərhal sonra Qida Təhlükəsizliyi Agentliyində aidiyyəti üzrə araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, qida məhsullarının, xüsusilə uşaq qidalarının təhlükəsizliyi və keyfiyyəti ilə bağlı şübhələri olarsa, bu sahədə neqativ hallarla rastlaşsalar, müəssisənin və məhsulun adı, ünvanı, istehsal tarixi və s. konkret məlumatları qeyd etməklə Agentliyin 1003 qaynar xəttinə zəng edərək məlumat versinlər".

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR