"Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir"

15:58 14-10-2019 | icon 343 | Qarabağ
"Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir"

Prezident İlham Əliyevin "Valday" klubunda qətiyyətli bəyanatı biz - Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz qalmış azərbaycanlıları çox sevindirdi.

 

Versus.Az xəbər verir ki, bunu “Qarabağ Azərbaycandır!” mövzusunda keçirilən konfransda Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev söyləyib.

 

Onun sözlərinə görə, ölkə başçısının çıxışı Azərbaycan torpaqlarının işğaldan azad olunacağı günün uzaqda olmadığına bir mesaj idi:

"Bayrağımızı Şuşada, Xankəndidə dalğalandıracağımız gün uzaqda deyil. Biz ölkə başçısının müdrik xarici siyasətindən nümunə götürməli, bunu gündəlik həyatımızla bağlamalıyıq. Sosial şəbəkələrdə, informasiya müharibəsi gedən bütün platformalarda bu fəaliyyəti davam etdirməliyik".

 

T.Gəncəliyev qeyd edib ki, ermənilərə ikinci böyük zərbə Aşqabadda - MDB-nin zirvə toplantısında vuruldu:

"Bütün bunların sayəsində Azərbaycanın haqq səsi bütün dünyanın diqqətinə çatdırıldı. Cinayətkar ünsürlər bu qətiyyətli bəyanatlardan dərs götürməli, tezliklə qüvvələrini işğalda olan torpaqlarımızdan çıxarmalıdırlar. Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu Azərbaycan respublikasının suverenliyini, ərazi bütövlüyünü qəbul edib, bayrağımız altında yaşamağa razılıq verməkdir. Ölkə başçısının bəyanatı erməni icmasına da ünvanlanır ki, onlar yuxudan ayılsınlar, işğalçı rejimdən qurtularaq, Azərbaycan ərazilərinin suverenliyi çərçivəsində bizimlə bir yerdə yaşamağın vacibliyini anlasınlar. Əks halda hər keçən gün onları daha da uçuruma aparır".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR