Xorvatiyanın Azərbaycanda səfirliyi açılır

16:46 10-04-2018 | icon 567 | Gündəm
Xorvatiyanın Azərbaycanda səfirliyi açılır

Xarici İşlər Nazirlyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviçi qəbul edib.

 

Azərbaycan XİN-dən Versus.az-a verilən məlumata görə, görüşdə R.Şabanoviç Xorvatiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı P.Mirzəzadəyə təqdim edib.

 

Notada iqamətgahı Bakı şəhəri olmaqla Xorvatiyanın Azərbaycanda səfirliyinin təsis edilməsi barədə məlumat verilir. İndiyə qədər Xorvatiyanın Azərbaycana akkreditə olunmuş səfirliyi qeyri-rezident əsasda fəaliyyət göstərir və Xorvatiya müvəqqəti ofis vasitəsilə təmsil olunurdu.

Səfir Pərvin Mirzəzadə Xorvatiyanın Azərbaycanda diplomatik təmsilçiliyinin səfirlik səviyyəsinə yüksəldilməsinin iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi və irəlilədilməsinə təkan verəcəyini bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR