BANM dünyanın nüfuzlu Fortinet Şəbəkə Təhlükəsizliyi Akademiyasına üzv oldu

11:41 22-10-2019 | icon 579 | Təhsil
BANM dünyanın nüfuzlu Fortinet Şəbəkə Təhlükəsizliyi Akademiyasına üzv oldu

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin Avtomatlaşdırılması mühəndisliyi kafedrası, İnformasiya təhlükəsizliyi ixtisası növbəti uğura imza ataraq dünyanın nüfuzlu Fortinet Şəbəkə Təhlükəsizliyi Akademiyasına (FNSA - Fortinet Network Security Academy) üzv olub.

 

Versus.Az xəbər verir ki, BANM-in Fortinet Akademiyası ilə birgə əməkdaşlığı çərçivəsində Ali Məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri və məzunları kibertəhlükəsizlik bacarıqlarını inkişaf etdirmək və karyeralarında yüksəlmək imkanını əldə edəcək.

 

Bu əməkdaşlıq nəticəsində tələbələrə pulsuz olaraq Fortinet Şəbəkə Təhlükəsizliyi Üzrə Ekspert (Fortinet NSE) təlim proqramı keçiriləcək. Həmin proqramın kurrikulumu təlimi keçən tələbələrə Fortinet şəbəkəsini və onun xüsusiyyətlərini qavramaqda yardım edəcək. Əldə edilən bilik və bacarıqlar proqramı tamamlaya bilən gələcəyin informasiya təhlükəsizliyi mühəndislərinin istənilən təşkilat / şirkətin informasiya texnologiyaları infrastrukturunu idarə etmək, eləcə də müasir dövrün kibertəhlükəsizlik problemləri və onların həll edilməsi istiqamətində daha da püxtələşmək imkanlarını artıracaq.

 

Bununla yanaşı, BANM-in akademik heyəti və tələbələri FNSA-nın resurslarından istifadə etmək üçün də çıxış əldə edəcək.

 

“Fortinet” şirkəti kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış dünyaca məşhur şirkətlərdən biridir. Əsası 2000-ci ildə Amerikada qoyulmuş İT təminatı üzrə dünya lideri öz müştərilərinə təhlükəsiz İT infrastrukturu qurmaq üçün ən innovativ və səmərəli həlləri təklif edir. Fortinet Şəbəkə Təhlükəsizliyi Akademiyası (FNSA) şirkət daxilində yaradılmış və informasiya təhlükəsizliyi sahəsi üzrə ixtisaslı kadrlar hazırlayır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR