Onkoloji skrininq: kimlər nə vaxt keçməli?

17:48 23-10-2019 | icon 697 | Sağlamlıq
Onkoloji skrininq: kimlər nə vaxt keçməli?

Bütün həkimlər onkoloji xəstəliklərin erkən mərhələdə aşkar olunmasının müalicənin uğurlu olmasında əhəmiyyətli nöqtə olduğunu bildirir.

 
Profilaktika mülaicədən daha asandır.
 
Ona görə indi xərçəngə qarşı önləyici tədbir kimi skrininq proqramlar, çek-aplar hazırlanıb.
 
 
Versus.Az Medicina.az-a istinadən hər bir pasiyent üçün əlçatan olan ən sadə onkoloji skrininqləri təqdim edir. Skrininq nə vaxt olunmalı, kimlər keçməlidir?
 
Skrininq – xəstəliyi hələ heç bir aşkar əlamət, narahatlıq olmadan, hələ yaranmağa başladıqda xəstəliyin aşkarlanmasıdır.
 
Son statistika göstərib ki, onkoloji skrininqlərin çoxalması xərçəngdən ölüm faizini 35% azaldıb.
 
 
Eləcə də skrininq xərçəng xəstəliyinin müalicəsinə sərf olunan vəsaiti, vaxtı azaldır. Məsələn, uşaqlıq boynu və süd vəzi xərçəngi erkənb mərhələdə aşkar olunduqda kiçik bir əməliyyatla müalicə bitə bilir, kimyaterapiyaya gərək qalmır.
 
Skrininq həkimin təyinatı ilə olunur. Amma siz özünüz də harda bu kimi skrininqlər varsa, keçə bilərsiz. 
 
 
Kimlərə vacibdir:
 
-Ailəsində, nəsildə xərçəng meyillik və xəstələri olanlar
-Peşəsi ilə bağlı risk qrupunda olanlar
-Süd vəziləri 25 yaşdan sonra hər 3 ildən bir
-40 yaşından sonra hər il müəyyən skrininqlər
-İlk cinsi əlaqədən sonra qadın hər 3 ildən bir uşaqlıq boynu xərçənginə qarşı yoxlanmalıdır
 
 
Yoğun bağırsaq skrininqi
 
50 yaşından sonra hər kəs bu skrininqdən keçməlidir:
- Kolonoskopiya, endoskopiya
- Nəcisdə gizli qan analizi və 5 illik siqmoiodoskopiya
- Polipi olanlar daha gənc yaşlarda skrininqdən keçməlidir
 
 
Prostat skrininqi
 
Qanda PSA analizi, prostat USM və digər analizlərdən 45 yaşdan sonra kişilər hər 3-4 ildən bir keçməli, 55 yaşdan sonra isə 2 ildən bir keçməlidirlər.
 
 
Ağız içi xərçəngi
 
Ağızın içində müxtəlif xoraları, qırmızı və ya ağ sızanaq kimi səpkiləri, bərkimələr olan insanlar bu skrininqdən keçməlidir
 
Eləcə də qalxanvari vəz, mədə, qaraciyər skrininqləri vardır.
 
Skrininqdən qorxmaq, çəkinmək lazım deyil. Diaqnozu erkən bilmək, ömrü uzadır, həyat qurtarır.
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR