"Ölən dünyanın yaddaşı"

10:05 30-10-2019 | icon 548 | Film
"Ölən dünyanın yaddaşı"

Xalq yazıçısı İsmayıl Şıxlıya həsr edilmiş filmin təqdimatı olub

 

Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində ARB "Aranfilm" yaradıcılıq mərkəzinin istehsal etdiyi "Ölən dünyanın yaddaşı" adlı filmin təqdimatı olub.

 

Versus.Az xəbər verir ki, ekran əsəri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, görkəmli ədəbiyyatşünas, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq çəkilib.

 

Tədbirdə professor Qulu Məhərrəmli, Xalq şairi Sabir Rüstəmxanlı və Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxış edərək görkəmli yazıçı İsmayıl Şıxlının zəngin yaradıcılığından danışıb və onunla bağlı xatirələrini bölüşüblər.

 

Bildirilib ki, İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Onun yaradıcılığı bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı ilə seçilir. Eyni zamanda, xalqımızın taleyüklü məsələlərinə daim vətəndaş, ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

 

Daha sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub və heyət adından filmin ssenari müəllifi Arif Əliyev çıxış edərək ekran əsəri barədə məlumat verib.

 

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Arif Əliyev, operatorları Rafiq Əliyev və Əminə Həsənli, montajçısı Pərviz Səlimov, icraçı prodüseri Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir. Filmdə Türkiyədə fəaliyyət göstərən və əslən azərbaycanlı tanınmış aktrisa Nəsrin Cavadzadə rol alıb.

Sonra film nümayiş olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR